Bakının bu ərazilərində su olmayacaq

 

Bu gün Bakının 3 rayonuna su verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu”dan verilən məlumata görə, Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi layihəsi çərçivəsində ərazidən keçən magistral su xətlərinin yeri dəyişdirilir. Bununla əlaqədar bu gün gün ərzində Abşeron rayonunun Bağlar massivinə, həmçinin Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.



Oxşar Xəbərlər

Xəbər lenti

Videolar