Bakıda və kənarlarda torpağın qiymətləri

Bakıda və kənarlarda torpağın qiymətləri

 

"Əvvəlki illərlə müqayisədə torpaq bazarında süstlük müşahidə olunur”.

Sozcu.info xəbər verir ki, bunu  Modern.az-a açıqlamasında "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib. 

N.İbrahimov bildirib ki, vətəndaşların əksəriyyəti şəxsi ev tikmir, buna görə də bazardakı qiymətlərdə dəyişiklik yoxdur: "Bakıda torpağın sotu təxminən  4-5 min, bir az kənar qəsəbələrdə 1000-1500 manatadır”.

Ekspert bölgələrdə də vəziyyətin təxminən eyni olduğunu vurğulayıb: "Bölgələrdə rayon mərkəzlərində torpağın 1 sotu 3000-8000-10000 manat arasında dəyişir. Rayon mərkəzlərində torpağın bir sotu 5-10000 manat, nisbətən ucqar yerlərdə 3-6000 manat arasındadır. Kənd yerlərində isə sotu 500 manatdan 3000 manata qədər qiymətə torpaq almaq olar”. 

N.İbrahimovun sözlərinə görə, Bakı kəndlərilə müqayisədə rayon kəndlərindəki evlərin qiyməti təxminən üst-üstə düşür.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}