Saakaşvili Haaqa məhkəməsinə çıxarıla bilər

Saakaşvili Haaqa məhkəməsinə çıxarıla bilər
Baş verənlər araşdırılacaq

Haaqa Beynəlxalq cinayət məhkəməsinin prokuroru 2088-ci ildə Cənubi Osetiyada baş verənlərin araşdırılmasının başlanması barədə qərar verib.

Rusiya tərəfinin təqdim etdiyi materialların öyrənilməsi zamanı münaqişə dövründə bir sıra hərbi cinayətlərin həyata keçirildiyi qənaətinə gəlinib. Bu məsələdə mərkəzi firuq olaraq Ukraynanın Odessa vilayətinin başçısı, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ola bilər.

Qərarın qəbul edilməsi üçün xüsusi komissiya bütün sənədləri öyrənəcək.

Gürcüstanın AŞPA monitorinq komitəsinin keçmiş müavini Elene Tevdoradze vurğulayıb ki, materiallarda əks olunan məlumatlar Saakaşvilinin 30 illik həbs olunmasına gətirib çıxara bilər.

Bir müddət öncə Ukrayna prezidenti Pyotr Poroşenkonun mətbuat xidmətinin saytının icimai təşəbbüslər bölməsində Odessanın qubernatoru Mixeil Saakaşvilinin bu ölkənin baş naziri təyin olunmasına dair petisiya yerləşdirilib.

Təşəbbüsə baxılması üçün petisiyanın 25 min səs yığması lazımdır.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}