"MTN fırtınası" kimləri bitirə bilər?

"MTN fırtınası" kimləri bitirə bilər?Kərəm Həsənov ciddi problemlə üzləşib
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun rəhbərliyi dövründə MTN-də baş verənlərin üzərindən sirr pərdəsi götürüldükcə "MTN fırtınası" daha da güclənir. Belə görünür ki, hələ bu günə kimi geniş ictimaiyyətə məlum olmayan çox sirrin üstü açılacaq. Ancaq bu günə kimi üstü açılan sirrlər bir neçə nüfuzlu məmurun karyerasına son qoya bilər. Yayılan məlumatlara əsaslanaraq belə demək olar ki, “MTN işi” ilə bağlı başı dərddə olan məmurlardan biri də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur. İddialara görə, Kərəm Həsənovla Eldar Mahmudov arasında həm biznes, həm də digər “işgüzar” münasibətlər olub. Eldar Mahmudovla Kərəm Həsənovun biznes aləmində əsas işbirliyi "Azinko Holdinq"lə bağlı olub. Qeyd edək ki, 2006-cı ildən fəaliyyətə başlayan “AZİNKO HOLDİNQ” MMC şirkətinin tərkibinə əsasən tikinti üzrə fəaliyyət göstərən 5 müstəqil MMC - “Klas AZ KO” MTK, “Xəzər AZ KO” MTK, “SAHİL AZ KO” MTK, ”AZ-İN-KO” MMC və “REGİONAL İNŞAAT ” MMC daxildir. Bu nəhəng Holdinq otel binalarının, yüksək mərtəbəli yaşayış binalarının, biznes mərkəzlərinin və digər mülki tikinti işləri ilə məşğul olub və bu gün də bu fəaliyyətini davam etdirir.
“AZİNKO Holdinq” MMC- nin qısa bir zaman kəsiyində belə böyük layihələrə imza atması onun ciddi siyasi dəstəyə malik olduğunu göstərir ki, bu dəstək də əsasən Eldar Mahmudov və Kərəm Həəsnov tərəfindən verilib. “AZİNKO Holdinq” MMC-yə daxil olan MMC-lərin fəaliyyəti ilə bağlı geniş araşdırma aparırıq və yaxın saylarımızn birində oxucularımıza təqdim edəcəyik.
Hələlik isə qeyd edək ki, Eldar Mahmudov Kərəm Həsənov işbirliyi yalnız bizneslə məhdudlaşmayıb.
Belə ki, Eldar Mahmudov Kərəm Həsənovun qardaşı Şahin Həsənovu Milli Təhlükəsizlik Nazirliyində ən mühüm sahələrdən birinə, nazirliyin Beynəlxalq Əlaqələr Şöbəsinə rəis təyin edib. Bu o deməkdir ki, MTN-nin xarici ölkələrin xüsusi xidmət orqanları ilə münasibətləri, işbirliyi Şahin Həsənovun nəzarətində olub. Bu gün Eldar Mahmudova qarşı mediada yer alan ittihamlardan biri də onun bəzi ölkələrin xüsusi xidmət orqanları ilə özəl münasibətlər qurmasıdır. Əgər belə münasibətlər olubsa, deməli bu işdə Şahin Həsənovun da rolu olub. Əgər olubsa, bu artıq yalnız Şahin Həsənovun deyil, onun bütün yaxınlarının, o cümlədən də komitə sədri olan qardaşı Kərəm Həsənovun ciddi problemlərlə üzləşməsi deməkdir. Hər halda biz bunu iddia etməsək də, etibarlı mənbəmiz bildirir ki, Eldar Mahmudovla bağlı zərər çəkə biləcək hökumət üzvülərinin siyahısı hazırlansa, Kərəm Həsənovun adı ilk sırada yer alar. Mənbə Kərəm Həsənovun məhz hansı məsələyə görə diqqət cəlb etməsini bilməsə də, komitə sədrinin ciddi problemlərlə üz-üzə qaldığını da israr edir. Mənbə eyni zamanda yaxın günlərdə bu məsələ ilə bağlı dəqiq məlumatlar verə biləcəyini də qeyd edir. Mövzunun aktuallığını nəzərə alıb, diqqətdə saxlamağa çalışacağıq. 2005-ci ildə iki nazirin, Fərhad Əliyevin və Əli İnsanovun həbsi məmur təbəqəsini sirkələmişdisə, “MTN işi” bürokratik aparatda əsl zəlzələ yaradıb və baş verəcək uçqunun altında çox məmurun qalacağı gözlənilir. Buna görə mövzuya yenidən qayıdacağıq.
Vəfa QAFAROVA


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}