Ssenarisi 3 ay öncə ictimailəşdirilmiş “terror aksiyası“

Ssenarisi 3 ay öncə ictimailəşdirilmiş “terror aksiyası“Parisdə törədilən silsilə teror aktlarının yeganə müəllifinin İŞİD olmasına yönəlik şübhələr Qərb mənbələrinin özlərindən qaynaqlanır.
Teraktların planlaşdırılması, səbəbləri, törədəcəyi nəticələr, hətta iştirakçı şəxslərin siluetlərinə qədər hər şey 3 ay öncədən ictimailəşdirilmiş, müzakirələri başlanmışdı. İngiltərənin "Sunday Ekspress" nəşri sentyabrın 8-də yaydığı informasiyalarda qeyd edirdi ki, İŞİD tərkibindəki mənbələr sərhədləri qaçqın adı altında keçib Avropaya daxil olanların arasında xeyli sayda terrorçunun olduğunu təsdiqləyiblər. Sonradan bu ehtimal konkret rəqəmlərə çevrilməyə, rəsmi şəxslərin dilindən səslənməyə başladı. İlk informasiyadan bir həftə sonra, sentyabrın 15-də Qərb mətbuatı yazdı ki, Livanın təhsil naziri Elias Bou Saab bu ölkədə səfərdə olan Britaniya baş naziri Devid Kamerona təhlükə ilə bağlı xəbərdarlıq edib, Avropa Birliyi ölkələrinə üz tutan suriyalı miqrantların arasında hər yüz nəfərdən ikisinin fəal İŞİD üzvü olduğunu deyib. Avropalı ekspertlər bu düsturla hesablama apararaq müəyyənləşdirdilər ki, ərazilərində ən azı 4 min nəfər silahlı İŞİD təmsilçisi var. Amma elə həmin dönəmdə Avropa Birliyinin Türkiyə ilə danışıqlar apararaq, maddi ödənc qarşılığında qaçqınların bu ölkədə saxlanılmasına, Avropaya axının qarşısının alınmasına çalışması ehtimallar yaratdı ki, qaçqınlar arasında terrorist axtarışı, Avropanın bu humanitar missiyadan imtinası üçün səbəb quraşdırmaq istəyilə bağlıdır. Fransada silsilə terror aktlarının törədilməsi sadalanan faktlar baxımından bu ehtimalı gücləndirir ki, baş vermiş hadisə Avropada islomofob tendensiyalara söykənən ideologiyanı əsaslandırmaq və yaymaq üçün quraşdırılmış planın tərkib hissəsidir.

İŞİD-in zatən Qərb, xüsusən ABŞ tərəfindən formalaşdırılmış bəla olması yönündə mövcud olan fikirlər də son terror aksiyalarının düşünülmüş plan olması versiyasını gücləndirir. Aksiyalardan dərhal sonra yayılan bəyanatlar da buna misaldır. Fransa prezidenti Fransua Ollandın terror aktlarının müəllifi kimi İŞİD-i dərhal nişan verməsi, terrorçuların müəyyənləşdirilməsindən, həmçinin İŞİD-in məsuliyyəti öz üzərinə götürməsindən öncə baş verdi. Britaniyanın baş naziri Devid Kameronun məsələyə çevik reaksiyası və göstərdiyi hədəf də Ollandın bəyanatından cüzi fərqlərlə seçilir. İŞİD-in məsuliyyəti çox rahatlıqla öz üzərinə çəkməsini də əlavə etsək, onda hər şeyin öncədən hazırlanmış ssenari olması kimi təəssüratlar güclənir. Sual yarana bilər ki, Fransa, Britaniya rəsmilərində bu qədər səhih məlumat var idisə, hadisələrin önlənməsi nə üçün baş tutmayıb?

Terror aksiyalarından sonra baş verənlər də maraqlıdır. Polşanın yeni hökuməti hadisə günü bəyanat yayaraq Yaxın Şərqdən gələn qaçqınların qəbulunu dayandırdığını bəyanat etdi. Maraqlı xəbərlərdən biri isə bu gün yayılıb: Fransanın daxili işlər naziri Bernar Kaznev ölkədəki məscidlərin bağlanacağını bəyan etdi. Fransadan öncə digər ölkələrdə, ABŞ-da da terror hadisələri olub və əksər aksiyaların müəllifi kimi müsəlman dininin daşıyıcıları göstərilib. Amma heç vaxt bu amil əsas götürülərək, məscidlərin bağlanmasına qərar verilməyib. Baş verən faciələrdən qurtuluş yolu kimi məscidlərin bağlanmasının göstərilməsi yeni və təhlükəli tendensiya olduğundan, Paris aksiyaları ətrafında şübhələri artırır, onun Avropa ideoloqları tərəfindən hazırlanmış ssenari olması ehtimalını dəstəkləyir.

Son aksiyalar ətrafında düşüncələrin bu nöqtədə fokslaşması üçün yetərincə misallar gətirmək mümkün olsa da, hökm verilməyib, tezislər doğmalaşmayıb. Məsələyə elmi yanaşanlar, dəymiş ziyanı, dəyəcək ziyanı və perspektivi hesablayıb fərqli mövqe sərgiləyənlər də var. Bu qisim ekspertlər iddia edirlər ki, terror aksiyalarının Avropa ölkələrinin xüsusi xidmət orqanları tərəfindən hazırlanmış ssenari olması barədə iddialar Qərbə, o cümlədən Fransaya kamil güc mərkəzi kimi baxılmasından doğur. Fransanın tarixi nüfuzu, bir zaman dünya oyunçusu olması imici imkan vermir ki, burada törədilən aksiyaların təsadüfdən doğması kimi düşüncələr yer tutsun. Amma situasiya dəyişib, yeni oyunçular ortaya çıxıb. Katolik aləminin dini lideri Papa Franciscus, Parisdə baş verən terror hücumlarına münasibət bildirərkən deyib ki, baş verənlər üçüncü dünya müharibəsinin bir parçasıdır.. Üçüncü dünya müharibəsinin başlandığı öncədən də deyilib, Papa səviyyəli şəxs qismində elan edilməsi isə bu düşüncənin dərin qatlarda etiraf edilməsidir. Üçüncü dünya müharibəsini başlayanlar, idarə edənlər kimdir? Bu müharibənin hədəfi nədir? Onların arasında Fransa varmı? Təəssüf ki, suallara, hələ ki, cavab verilməyib. Suallara cavab tapılınca, Paris teraktları ətrafında versiyalar da çoxalacaq.

Ekspertlər iddia edirlər ki, ilin əvvəlində, yanvar ayında "Charlie Hebdo" terroru ilə sarsılan Parisin ilin sonunu da eyni ovqatla yekunlaşdırması, ən azı il ərzində 47 milyon turist qarşılayan Fransa üçün optimist perspektiv vəd etmir. Ümumi Avropa üçün 6 milyard dollara başa gələn qaçqın təminatından yayınmaq üçün bu riskə getməyə dəyərdimi? Nəticə çıxır ki, Fransa, digər ölkələr kimi, ya, həqiqətən də, terror şəbəkəsinin hədəfinə çevrilib, ya da ortada "Suriyalı qaçqınlar" mövzusundan fərqli nələrsə var.
(Aznews.az)


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}