Gecə yarısı 10.2 milyonluq kredit

 

Gecə yarısı 10.2 milyonluq kredit

 


 

"Günay Bank”ın daha bir qalmaqallı əməli

 

Sıravi vətəndaş banklardan bir-iki min manat kredit almaqda çətinlik çəkdikləri bir vaxtda banklarda çox böyük kreditlərlə bağlı ilginc olaylar yaşanır. Cahangir Hacıyevin rəhbərliyi dövründə "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən qalmaqallı işadamlarından birinə verilmiş 184 milyonluq kreditin müqaviləsinin gecə saatlarında imzalandığı haqqında məlumat o zaman çox böyük hay-küyə səbəb olmuşdu.

İndi də eyni hadisənin "Günay Bank” ASC-də baş verməsi haqqında məlumatlar var. Belə ki, şərlənərək həbs edildiyini bəyan edən bankir Emin Zeynalovun müraciətində yer alan iddiaya görə, onun ata-anasının və yaxın qohumlarının adına hədə-qurxu ilə rəsmiləşdirilmiş 10.2 milyon manat kredit müqaviləsi gecə saatlarında, bankın baş ofisində təzyiq yolu imzaladılıb. Kreditlərin isə borcalanlara verilmədiyi, "Günay Bank” ASC-nin Müşahidə Şurasının sədri Mahmud Məmmədov tərəfindən mənimsənildiyi iddia olunur. Təhlükəli cinayətkar kimi cəmiyyətdən təcrid olunmuş bankir Emin Zeynalov müraciətində yazır ki, onun özünün də adına hansısa kredit müqaviləsi mövcuddur, ancaq bu barədə ətraflı məlumata malik deyil.

 

 

Emin Zeynalovun valideynlərinin və yaxın qohumlarının adına "Günay Bank” tərəfindən rəsmiləşdirilmiş müqavilərlə bağlı apardığımız araşdırma zamanı çox ilginc məqamlar üzə çıxdı. Birinci ilginc məqam ondan ibarətdir ki, Emin Zeynalovun valideynlərinin və yaxın qohumunun adına rəsmiləşdirilmiş üç müqavilə eyni tarixə aiddir. Belə ki, Emin Zeynalovun atası Zakir Hacı oğlu Zeynalovun adına rəsmiləşdirilmiş 3.8 milyon manat kreditin verilmə tarixi 04.06.2018-ci il olduğu kimi, anası Leyla Rəhim qızı Axundovanın adına rəsmiləşdirilmiş eyni məblğli, yəni 3.8 milyon manat kreditin verilmə tarixi də 04.06.2018-ci ildir. Eyni tarixdə, 04.06.2018-ci ildə Emin Zeynalovun yaxın qohumu Əhməd Məhərrəmovun adında da 2.6 milyon manat kredit verilib. Faktiki olaraq bir ailənin üzvülərinə verilən 10.2 milyon manat kreditin girovun nədən ibarət olması, bir il müddətinə verilmiş kreditin necə ödəniləcəyi, kredit alanların ödəmə qabiliyyətinin neçə təsvir olunduğu haqqında hələlik heç bir məlumat əldə edə bilməmişik. Ümid edirik ki, "Günay Bank” ASC-nin rəhbərliyi, xüsusilə də 1928-ci il təvəllüdlü Sabir Ağayevin rəhbərlik etdiyi Kredit İqtisad Departamenti Emin Zeynalovun valideynlərinə və yaxın qohumuna bir gün içində 10.2 milyon manat kredit verilməsini mümkün edən dəlilləri təqdim edə biləcəkdir. Əgər, Emin Zeynalovun müraciətində yazılanlar həqiqəti əks etdirmirsə, "Günay Bank”ın rəhbərliyi 10.2 milyon manat krediti hansı girov müqabilində, borcalanların ödəmə qabiliyyətini təsdiq edən sənədləri ictimaiyyətə təqdim etməlidir. O zaman məlum olacaq ki, bir ailənin iki üzvünə və onların yaxın qohumuna verilmiş 10.2 milyon manat kredit bank tərəfindən hansı əsaslarla ayrılıb. Bizdə olan məlumata görə, bu 10.2 milyon manat kreditdən əmi 500 min manat ödəniş olub və bunu ötən ilin avqustunda bankın özü həyata keçirib. "Günay Bank” tərəfindən Emin Zeynalovun atası Zakir Zeynalovun adına 04.06.2018-ci ildə 3.8 milyon manat kredit rəsmiləşdirildikdən sonra 07.06.2018-ci il tarixdə, yəni 3 gün sonra 6.9 milyon manat kredit verilməsini nəzərdə tutan yeni bir müqavilə hazırlanıb. Lakin, Zakir Zeynalov bu müqaviləni imzalamaqdan imtina edib. İmzalanmamış bu müqaviləyə "Günay Bank” 12 ay müddətində qaytarmaq şərti ilə Zakir Zeynalova 6.9 milyon manat kredit ayırmağa hazır imiş. Kreditin isə torpaq sahəsinin alınması və fərdi yaşayış sahələrinin tikintisinə ayrıldığı imzalanmamış müqavilədə əksini tapıb. Buna görə də ehtimal etmək olar ki, 04.06.2018-ci ildə "Günay Bank” tərəfindən Emin Zeynalovun valideynlərinə və yaxın qohumlarına ayrılmış 10.2 milyon manat kreditin eyni təyinatla ayrıldığını güman etmək olar. İmzalanmamış müqavilənin səthi təhlili belə göstərir ki, bu sənədəşdirmə formal xarakter daşıyıb və Emin Zeynalovun valideynləri və yaxın qohumu bankdan heç bir kredit götürməyiblər.

Gecə yarısı 10.2 milyonluq kredit

 

 

Bankir Emin Zeynalov isə "Günay Bank”ın video kameralarının çəkilişinə baxılarsa və ədalətli istintaq aparılarsa həqiqətlərin üzə çıxacağını bildirir. Çox istərdik ki, 10.2 milyon manat kreditin ayrıldığı göstərilən tarixdə "Günay Bank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Zaur kamil oğlu Əhmədov, bankın Kredit İqtisad Departamentinin direktoru Sabir Ağayevin Emin Zeynalovun iddiaları ilə bağlı deyiləcək sözləri olsun. Əgər, onların deyiləcək sözləri varsa, biz onların mövqeyini də dinləməyə hazırıq.

 Eyni zamanda  Maliyyə Bazarlarına Nəzarət Palatasının, Mərkəzi Bankın və Maliyyə Nazirliyinin rəhbərliyinin də eyni tarixdə eyni bank tərəfindən faktiki olaraq bir ailənin üzvülərinə 10.2 milyon manat kredit ayrılması olayına münasibət bildirməsi zərurətə çevrilir. "Yeni Sözçü” qəzeti qeyd olunan qurumların mövqeyini öyrənməyə cəhd edəcək. Ancaq bu müəmmalı kredit məsələsinə aydınlıq gətirilməsi belə Emin Zeynalovun "Günay Bank” ASC-nin Müşahidə Şurasının sədri Mahmud Məmmədova qarşı iddialarının ortadan qalxaması demək olamayacaq. Çünki  şərlənərək həbs olunduğunu qeyd edən Emin Zeynalov Mahmud Məmmədovu onların ailəsinə məxsus 16 milyon manatlıq əmlakı mənimsəməkdə də ittiham edir. Bu ittihamı da araşdırmağa çalışacağıq.

 

A.Aydın



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}