Ermənistan ilk dəfə “Dağlıq Qarabağ rejimi”ni artıq itirdiyini etiraf etdi

Ermənistan ilk dəfə “Dağlıq Qarabağ rejimi”ni artıq itirdiyini etiraf etdi

 

Ermənistanın baş naziri Nikol Paşinyan avqust ayının 4-də açıqlamasında bunları etiraf edibdir: "İrəvanın Avropa Birliyinə inteqrasiyasına ilyarımdır bəslənilən ümidləri puça çıxıb. Mövcud durum 25 ildir necədirsə, eləcə davam edir. Çünki, Ermənistanın institusional dövlət quruluşu tamamilə iflic durumundadır. Bizlər bu gün sıfrdan dövlət qurmaq üçün səfərbər olmalıyıq. Gerçəkdən bir dövlət olmamız üçün əsil inqilabi proseslər indi başlayır” (mənbə: https://news.rambler.ru/caucasus/42607816-pashinyan-obyavil-o-paraliche-institutov-vlasti-v-armenii/). Onun belə bir fikirləri dilə gətirməsinin ardından rəqibləri hərəkətə keçirərək "Nikol Paşinyan Dağlıq Qarabağı öz hakimiyyəti naminə təslim etmək sülhünə hazırlayır” təbliğatını başladıblar. 
  
"Miatsum” Hərəkatı təlaş içində

 


1988-ci il Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi üçün bölücü erməni siyasəti adına yaradılan "Miatsum” (Birlik) Hərəkatı son iki ildə aciz duruma düşdüyünü etiraf etməyə başlayıbdır. Onlar bildirirlər ki, Ermənistandakı 20 illik hərbi xunta rejiminin fəsadları ucbatından beynəlxalq miqyasda "Dağlıq Qarabağ rejimi”ni qəbul olunması  məsələsini həll edə bilməyiblər. "Miatsum” tərəfdarları bildirirlər ki, Cənubi Qafqazda Ermənistan və Dağlıq Qarabağın eyni statusla mövcudluğunu qorumaq mümkün ola bilməyən amilə çevrilib. Cənubi Qafqazda erməni məsələsi ancaq "Dağlıq Qarabağı” itirməklə həll oluna bilər. Qondarma "Dağlıq Qarabağ rejimi”nin keçmiş xarici işlər naziri Arman Melikyan qeyd edib ki: "Paşinyan Xankəndində keçirilən ümumerməni idman oyunları zamanı "Dirçəliş” meydanında çıxış edərək sözlərində nə qədər ümid verici ifadələr işlətsə də, baxışları və davranışları tamamilə solğun idi. Çünki fikirləri və düşüncələri "pauza” şəklində idi” (mənbə: http://www.iarex.ru/articles/68513.html).    
Halbuki öncələr "Azadlıq” radiosunun "erməni xidməti”nə verdiyi müsahibəsində Nikol Paşinyan bu fikirləri söyləmişdi: "Mən Ermənistanın baş naziri seçilən kimi, Dağlıq Qarabağ məsələsini Ermənistan və Azərbaycanın uzlaşdırılmış maraqları çərçivəsində həllini önə çəkməyi düşünürdüm. Bunun kreativ formullarının açarını tamağa çalışacaqdım. Bunun üçün Ermənistanda başlanılan yeni inailqbi proseslər həm də Dağlıq Qarabağda təkrarlanmalıdır”. Onun belə bir açıqlamasından ənbişəyə düşən qondarma "Dağlıq Qarabağ rejimi”ni hərbi xunta qanunları ilə idarə edənlər açıq şəkildə olmasa da "Biz Nikol Paşinyan iqtidarını qəbul etmirik” tezislərini ifadə etməkdən çəkinmirlər. "Abxaziya”, "Cənubi Osetiya”, "Dnestryanı”, "Dağlıq Qarabağ” tipli bölücü bölgələrə qarşı Avropa Şurası və Avropa Birliyinin sərt şəkildə münasibət göstərməsinin əsil səbəblərindən biri isə, Ukraynanın Luqansk, Donetsk, Donbas və Krım vilayətlərinin Rusiya tərəfindən işğalı ilə bağlıdır. Öncələr ATƏT, Avropa Şurası, Avropa Birliyi "etnik münaqişlər” və ya "xalqların öz müqəddaratını təyin etmə” tipli  dolanbaclı oyun qaydaları ilə məsuliyyətdən yaxalarını kənara çəkərək ikili deyil də, bie neçə başlı oyunlar sərgiləyirdilərsə, bu dəfə "Şərqi Avropanın təhlükəsizliyi” kimi problemlərlə qarşı-qarşıyadır. Ermənilərin "Miatsum” ideyası ilə 30 ildən çoxdur irəli sürdükləri ideyalar buna görə də iflasa uğrayıbdır.

"Gizli danışıqlar”da suçlanan Nikol PaşinyanAvqustun 5-də Ermənistanın baş naziri Nikol Paşinyan "Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında belə deyib: "Rəqiblərimiz bizi Dağlıq Qarabağla bağlı milli xəyanət yolunu tutmaqda ittiham edirlər. Halbuki, biz ilk dəfədir konsensus yolunu önə çəkmək istəyirik. Bunun üçün bütün ermənilər daxili aləmində kəskin qarşıdurma kimi faktorlardan uzaq durmağı bacarmalıdır. Ümumerməni məsələləri güc yolu ilə deyil, fərqli formada, yəni uzlaşma taktikası ilə həllini tapmalıdır. Yoxsa hədəflərimiz tarixin zibilliyində çürüyüb məhv ola bilər”

(mənbə: azatutyun.am/a/30093881.html). 

Ermənistan və qondarma "Dağlıq Qarabağ rejimi”ni hərbi xunta qanunları ilə idarə etmiş Robert Köçəryan və Serj Sərkisyanın siyasi tribunası sayılan, hazırda Nikol Paşinyan iqtidarına qarşı güclü müxalifət dayağı statusunu daşıyan "Respublika” partiyası isə mövcud iqtidarı "fakt” qarşısında qoymaq üçün: "Dağlıq Qarabağ heç bir zaman Azərbaycanın tərkibində olmayacaq. İrəvan Bakı ilə konsensu məsələsində ilk növbədə "Artsax” (Dağlıq Qarabağ) xalqının fikrinə önəm verilməlidir. Hakimiyyət Dağlıq Qarabağda xarici ölkələrin sülhyaratma missiya qüvvələrini yerləşdirmək üçün gizli şəkildə danışıqlar aparır. Bütün bunlar erməni xalqının milli maraqlarına qarşıdır. Ona görə də hakimiyyət Dağlıq Qarabağ danışıqları prosesində xalqın qarşısında hesabat verməlidir. Dağlıq Qarabağın azadlığı erməni xalqının milli təhlükəsizliyinin başlıca açarıdır”.   

Ermənistan diktatura, yoxsa demokratiya yolundadırmı?


"Avrasiya” Araşdırmalar Mərkəzinin təmsilçisi və "Rusiya-Ermənistan Universiteti”nin politologiya kafedrasının elmi işçisi Norayr Düamalyan bildirir ki: "Ermənistanda məxməri inqilabdan sonra, ölkə avtoritarizm prinsipləri ilə idarə olunur. Ermənistanda çoxları elə inanırdı ki, dərhal Avropaya inteqrasiya olunacaq və daxili siyasi-iqtisadi və sosial problemlərin həllində uğurlu addımlar atılacaq. Bizlər ötən ilyarımda ən çox siyasi demaqoqiyanın şahidi olduq. İnstitutional baxımdan baş verən deqradasiyanın miqyası daha da dərinləşməkdədir. Sanki, Ermənistanı bir dövlət olaraq tamamilə diz üztə çökdürmək siyasəti yürüdülür. Ancaq, onu da etiraf etməliyilk ki, bu problemlərin əsil səbabkarı keçmiş hakimiyyətdən miras qalıbdır. Korrupsiyanın qarşısını almaq üçün atılan cəhdlər hələ ki, öz nəticəsini vermir”.   
İrəvanda indi çox dəbdə olan "köhnə ev üçün yeni kərpic” deyimi öz bəhrəsini vermir. 
Çünki, 2014-cü ildən başlanılan institusional böhran dövlətin tamamilə çöküşünü sürətləndirən əsas amillərdən birinə çevrilibdir. Nikol Paşinyanın "Ermənistanın 2050 -ci ilə kimi inkişaf proqramı” ideyasına isə, nəinki İrəvanın küçələrində, ən ucqar kənd yerlərində belə gülürlər. Onun işsizliyin 30, sosial-iqtisadi problemlərin həllinin 18, əməkhaqlarının 14 və təqaüdlərin isə 12 faiz həcmində artırılması barəsində verdiyi vədlərin heç biri özünü doğrultmayıb. İcevan rayonunda yaşayan əhalinin "Göyçə Gölü”ndə ənənəvi şəkildə öz sosial problemlərini həll etmələri üçün balıq tutmalarına imkan verilməməsi müxalifətin Nikol Paşinyan iqtidarına qarşı əhalini səfərbər etmək məsələsində münbit mövzulardan birinə çevrildi.  
Ermənistanda ictimai resursların keçmiş Sovetlər Birliyi dönəmindən miras qalması biznes və iqtisadi həyat tərzinin dəyişməsinə əngəl yaradan ən böyük problemlərdən biridir. Bu, həm də siyasi baxımdan idarəetmə reallıqlarının bir parçasıdır. Ona görə də hakimiyyətin normal şəkildə siyasi baxımdan dəyişməsi üçün əlavə problemlərə yol açır. 2015-ci ildə konstitusiyanın bəzi maddələrinin dəyişdirilməsi sayəsində mərkəzi hakimiyyətin formalaşması müəyyən qədər uğurlu addım kimi görünsə də, partiya sistemi tamamilə iflas durumundadır. Nikol Paşinyan 4 illik iqtidarı çağında bu böhranı adlamaq kimi, çətinlikləri dəf etməkdə aciz durumu yaşamalı olacaq. Çünki, bu qanunlarla inteqrasiya hədəflərini gerçəkləşdirmək qeyri mümkündür. Avrasiya məkanında inteqrasiya proyektləri əsasında İrəvanın verdiyi vədlər hələ ki, heç bir səmərəli nəticə vermir. Ona görə də, nə ölkənin inkişafı, nə də Dağlıq Qarabağla bağlı gərəkən addımları atmaq üçün iradə göstərə bilmir.

 

"Böyük oyunlar”ın xırda fiquru


İrəvandakı "Politekonomiya” Araşdırma İnstitutunun avqust ayı üçün araşdırmalarının nəticəsinə görə Ermənistan Dağlıq Qarabağla bağlı siyasi intriqaları dərinləşdirmək üçün, ABŞ-ın İrana qarşı apardığı siyasətdə "forpost” rolunda çıxış edə bilər. Bunun üçün ABŞ tərəfi İrəvanın mövqeyinə uyğun gərəkən addımları atmalıdır. Halbuki, Ermənistanın İranla sərhədləri 40 km-dən uzağa getmir və yarımdağlıq ərazidən o qədər də İranı nəzarətə almaq asan deyil. "Politekonomiya” Araşdırma İnstitutunun aparıcı mütəxəssisi Beniamin Matevosyan bu barədə Ermənistanın hədəflərini belə açıqlayır: "İran-Ermənistan azad ticarət bölgəsinin yaradılması Qərb dövlətlərinin ən ümdə maraqlarına zidd olsa da, rəsmi İrəvan Qərbin "Anti İran kolasiyası”na istənilən an qoşulmaq hədəflərini irəli sürə bilər. Azərbaycanla bağlı yaşanılan konfliktlər də dolayı yolla Ermənistanın zərərinədir”. 
Ermənistan parlamentinin sədri Ararat Mirzəyan 14 iyulda uzunvədəli səfərdə olmuş və Vaşinqton, Boston və Nyu-York şəhələrində çoxsaylı görüşlər keçirdi. "Atlantik Şurası” ilə təmaslarda demokratik təsisatlarla bağlı çoxlu vədlər verdi. İranla əlaqələr məsələsində "siyasi alver” predmetini qabardaraq, ABŞ-dan yardımlar (dilənmək) üçün yeni təklifləri irəli sürməyi də unutmadı. Hətta "Bolton Planı” ətrafında hər an müzakirələrə hazır olduqlarını elan etdi. Ermənistanın "Sünik” vilayətində ABŞ üçün hərbi bazasının qura bilməsi üçün münbit şəraitin olduğunu qeyd etdi. Ermənistanın bütün cəhdlərinin arxasında duran yeganə hədəf isə "Dağlıq Qarabağ” məsələsində ABŞ-ın Ermənistana gərəkən dəstəyin verilməsidir. Ancaq, Azərbaycanın bu yöndə atdığı addımların nəticəsində Ermənistanın hədəflərinin adi "söz”dən və boşuna gpöstərdiyi "çabalar”dan uzağa gedə bilmir. Bunu Ermənistanın xarici işlər naziri Levon Mnatsakanyan da etiraf edib. Dağlıq Qarabağ probleminin Azərbaycanın iradəsi şərtləri daxilində həll olunması prinsipinə qarşı nə beynəlxalq birlik, nə də iri güc mərkəzləri çıxa bilmədiyi üçün, Ermənistanın çoxsaylı siyasi avantüralarının heç bir nəticəsi yoxdur. 2016-cı il məşhur "Aprel Döyüşləri” bir daha isbat etdi etdi ki, Azərbaycanın ərazi bütövlüyü xaricində hər hansı bir sülh danışıqları təşəbbüsləri fayda verməyəcək. Unutmaq olmaz ki, indi nə XIX, nə də XX əsrdir ki, Azərbaycanın iradəsini qırmaq mümkün olsun. XXI əsrdə Azərbaycan dövlətinin və xalqının iradəsi dünya birliyinin qaydaları şərtləri daxilində qanuni şəkildə inkişaf yolunu tutubdur. Ermənistan və ermənilərin orta əsrlər strategiyası ilə bu proseslərə yanaşmaları elə onların məğlubiyyətlərinin təməli deməkidr.  

Ənvər Yusifoğlu




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}