“Ərdoğana heyranam” - TRAMP

“Ərdoğana heyranam” - TRAMP

 

Tramp: "Kürdlərlə heç bir problemimiz yoxdur, terror təşkilatları ilə problemimiz var. Prezident Ərdoğanın da kürdlərlə çox yaxşı münasibəti var, Türkiyədə də çox sayda kürd var və hər cür imkanlara malikdirlər”

 Türkiyə prezidenti R.T.Ərdoğan ilə Ağ Evdə keçirilən birgə mətbuat konfransında çıxış edən ABŞ prezidenti Donald Tramp "Prezident Rəcəb Tayyib Ərdoğan ilə çox gözəl və məhsuldar görüş keçirdiklərini” söyləyib. Türkiyə ilə ABŞ-ın bir çox təhlükəsizlik məsələlərində birgə çalışdıqlarını vurğulayan Tramp Türkiyənin NATO-nun böyüklüyünə görə ikinci ordusuna sahib olduğunu söyləyib.

Tramp bir çox ölkələrdə ABŞ-a hərbi dəstək verdiyinə görə, Türkiyəyə təşəkkür edib, Amerikanın Türkiyəyə milyardlarla dollar qiymətində hərbi məhsul satdığını, Türkiyənin də F-35 proqramında iştirak elədiyini vurğulayıb. Türkiyə ilə ABŞ arasında ticarət həcminin böyük olduğunu və 100 milyard dollara çata biləcəyini, bu məsələdə irəliləyiş əldə olunduğunu bildirən Tramp Türkiyə ilə ticarətdə bəzi əngəllərin ləğv edilməsi məsələsini də müzakirə elədiklərini qeyd edərək söyləyib: "Türkiyə bazarını bizə açır, biz də Türkiyəyə açırıq”.

Türkiyə və şəxsən prezident Ərdoğan ilə çox yaxşı münasibətlərə malik olduqlarını bir daha vurğulayan Tramp  "Ərdoğan Türkiyə xalqı üçün möhtəşəm şəkildə çalışır”, "Ərdoğanın böyük bir heyranıyam” sözlərini söyləyib.

Tramp Türkiyənin qaçqınlara 40 milyard, Avropanın isə 3 milyard dollar xərclədiyini və İŞİD məhbuslarının Avropaya göndərilməsinin lazım olduğunu da vurğulayıb.

Tramp deyib: "Kürdlərlə heç bir problemimiz yoxdur, terror təşkilatları ilə problemimiz var. Prezident Ərdoğanın da kürdlərlə çox yaxşı münasibəti var, Türkiyədə də çox sayda kürd var və hər cür imkanlara malikdirlər”.

ABŞ prezidenti D.Tramp NASA əməkdaşı olan Serkan Gölgenin azadlığa buraxılmasına görə R.T.Ərdoğana təşəkkürünü bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}