PUTİN YENƏ DÜNYAYA MEYDAN OXUDU – “Bu, şahmat yarışı deyil ki, bizi heç-heçə də qane etsin...”

PUTİN YENƏ DÜNYAYA MEYDAN OXUDU

 

Rusiya Federasiyasının (RF) prezidenti Vladimir Putin ötən çərşənbə axşamı bəyan edib ki, Rusiya yeni silah sistemlərinin yaradılması məsələsində ciddi üstünlüyə malikdir və o, dünyada yeganə ölkədir ki, hipersəs silahını işə salıb.

Müdafiə Nazirliyi kollegiyasının iclasında çıxış edərkən, Putin bildirib ki, Rusiya tarixdə ilə dəfə olaraq, yeni silahların tam sinfinin işlənib hazırlanması sahəsində əvvəlki illərdən fərqli olaraq, ABŞ-a çatmaq uğrunda yarışmaq yox, dünya liderinə çevrilib.

Rusiya lideri qeyd edib ki, soyuq müharibə illərində Sovet İttifaqı atom bombası yaratmaq məsələsində, strateji bombardmançıların və qitələrarası ballistik raketlərin tikintisində ABŞ-dan geri qalıb.

«Bu gün bizim yeni və ən yeni tariximizdə unikal situasiya yaranıb: bizə çatmaq uğrunda mübarizə aparırlar! Dünyanın heç bir ölkəsində hipersəs silahı ümumiyyətlə, yoxdur, üstəlik də qitələrarası hipersəs silah…»

Pentaqon və Amerika Birləşmiş Ştatlarının (ABŞ) silahlı qüvvələrinin hissələri son illər hipersəs silahının yaradılması üzərində işləyirlər və avqust ayında müdafiə naziri Mark Esper bildirib ki, «güman ki, iki ildən sonra» Amerikanın da belə silahı olacaq. O, hərbçilərin yeni və uzaq məsafəli zərbə silahlarının yaradılması istiqamətindəki işlərini prioritet adlandırıb.

ABŞ dəfələrə Konqresi xəbərdar edib ki, Rusiya və Çin hipersəs silah yaradır ki, onları aşkarlamaq və məhv etmək çətin olacaq. Amerikanın rəsmi şəxsləri kosmosda izləmə və düşmən raketlərinin və ilk olaraq, müasir hipersəs sistemlərinin daha operativ şəkildə aşkarlamaq vasitələrinin yerləşdirilməsi istiqamətində danışıqlar aparırlar. Administrasiya həm də kosmosda «tutmaq sistemlərinin» yerləşdirilməsi planları barədə təklifləri öyrənr ki, ABŞ rəqibin atdığı raketləri artıq uçuşun ilk dəqiqələrindən, məhv edə bilsin.

Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, podpolkovnik Robert Karverdən çərşənbə axşamı xahiş eləndə ki, Putinin çıxışını şərh etsin, o zaman polpolkovnik özünün elektron xəbərində «Biz, daxil olan xəbərləri görürük, amma Rusiyanın bəyanatına heç nə əlavə edə bilmərik» -deyə, cavab verib.

Putin deyib ki, ilk hərbi hissə bu yaxınlarda ən yeni qitələrarası «Avanqard» hipersəs kompleksi ilə təchiz olunub və o, döyüş növbətçiliyinə verilib. Silahlanmaya həm də «Kinjal» hipersəs kompleksi daxil edilib.

Rusiya rəhbəri ilk dəfə «Avanqard», «Kinjal» və digər perspektivli silah sistemləri barədə hələ 2018-ci ilin martında söhbət açıb.

O zaman Putin bəyan edib ki, «Avanqard» qitələrarası məsafəyə malikdir və atmosferdə səsdən 20 dəfə sürətlə uça bilir. O, qeyd edib ki, bu sistem hədəfə doğru uçarkən yolda kursunu və uçuş hündürlüyünü dəyişə bilir ki, bu da onu düşmənin RƏM sistemləri tərəfindən tutulmaqdan «qoruyur».

«Gələcəyin bu silahı həm fəaliyyətdə olan, həm də perspektiv raket əleyhinə müdafiə sistemlərindən yan keçmək qabiliyyətinə malikdir» - deyə, Putin çərşənbə axşamı bəyan edib.

Miq-31 qırıcılarının təchiz olunduğu «Kinjal» Rusiya hərbi-hava qüvvələrinin silahlanmasına ötən il daxil edilib. Putin bildirib ki, bu raket səsdən 10 dəfə sürtlə uçur, uçuş məsafəsi isə 2 min kilomtetrdən çoxdur və o, həm yer, həm də dəniz hədəflərini (gəmiləri – Red.) məhv edə bilir.

Birləşmiş Ştatlar və digər ölkələr də hipersəs silahlar yaratmaq üzərində işləyirlər, amma onlar hələ ki, silahlanmaya daxil olmayıb.

Moskva, Qərblə münasibətlərdə gərginliyi əsas tutaraq, ordunun modernləşdirilməsini ən ali prioritet elan edib. Bu gərginlik, Ukrayna Krımının Rusiya tərəfinən ilhaq edilmsindən sonra başlanıb. Çrşənbə axşamı Putin bəyan edib ki, Rusiyanın qərb sərhədlərində NATO qüvvələrinin artırılması və ABŞ-ın 1987-ci ildə imzalanmış Orta və qısa mənzilli raketlərin (QOMR) ləğvi barədəki Müqavilədən çıxması təhlükəsizliyin başlıca təhdidləridir.

Onun sözlərinə görə, Rusiyanın düyada ən yaxşı silahları olmalıdır. «Bu, şahmat oyunu deyil ki, hərdən bizi «heç-heçə» də qane etsin. Texnika yaxşı olmalıdır. Biz, buna nail ola bilərik və açar istiqamətlər üzrə buna çalışırıq» - Ruisiya lideri bildirib.

Çərşənbə axşamı müdafiə naziri Sergey Şoyqu xəbər verib ki, bu il hərbçilər 143 təyyarə və vertolyot, 624 tank, bir sualtı qayıq, 6 gəmi alıblar. Onun sözlərinə görə, Rusiya arsenalının modernləşdirilməsi gələn il də bu ahənglə davam edəcək və silahlanmaya 22 qitələrarası ballistik raket, 106 yeni uçan aparat, 563 zirehli maşın, 3 sualtı qayıb və 14 gəmi veriləcək.

Hazırladı: Mirzə AĞ



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}