İSMAYILLININ İCRA BAŞÇISININ “QALA BAZAR” MACƏRASI – YENİLƏNDİ

İSMAYILLININ İCRA BAŞÇISININ “QALA BAZAR” MACƏRASI – YENİLƏNDİ

 

Xəbər verildiyi kimi, bir həftə əvvəl Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırova töhmət elan edilməsi haqqında Sərəncam imzaladı. Rəsmi məlumatdan bəlli olurdu ki, Nahid Bağırova töhmət Azərbaycan ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə elan edilib. Sonradan bir sıra saytlarda isə icra başçısının guya İsmayıllıda dağ bölgələrindən birinə səfər etməsi ilə bağlı video paylaşıldı və onun töhmətlənməsi bu videonun guya sosial şəbəkələrdə paylaşması ilə əlaqələndirildi. Amma…
 
Bəs Nahid Bağırov Bakıdakı "Qala bazar”da nə işlə məşğul olub?
 
"Təzadlar”ın elektron poçtuna daxil olan məlumatda bildirilir ki, əslində, Nahid Bağırova bir həftə əvvəl cənab Prezident tərəfindən rəsmi qaydada verilən töhmət heç də onun İsmayıllıda karantin rejimini pozmasına görə deyil, Bakıdakı məhşur "Qala Bazar” restoranındakı bəzi hərəkətlərinə görə verilmişdir.
Bəs "Qala Bazar”da nə baş vermişdir? "Axı cənab Prezident onun başçı təyinatından dərhal sonra qəbul edərkən tövsiyyə vermişdi ki, hər bir icra başçısı xalqın dərdi ilə alışıb-yanmalı, qanunsuz əməllərə qarşı mübariz olmalıdır… Prezident demişdi: "… Əminəm ki, siz bu yüksək etimadımı doğruldacaqsınız və elə işləyəcəksiniz ki, həm vətəndaşlar sizdən razı olsunlar, həm də mən sizin işinizdən razı olum. Buna nail olmaq üçün, sadəcə olaraq, mənim tapşırıqlarımı yerinə yetirmək lazımdır…. Əgər siz bu tapşırıqlarımı layiqincə yerinə yetirsəniz, həm dövlət sizin işinizdən razı olacaq, həm də vətəndaşlar… Biz gənclərə yol açmalıyıq, meydan verməliyik, yeni təfəkkürlü insanlar önəmli vəzifələrə təyin edilməlidirlər. Biz köhnə psixologiyanı bu yollarla qıra bilərik. Cəmiyyətimizi sarsıdan xoşagəlməz hallara ancaq bu yollarla son qoya bilərik. Ona görə rəhbərlik edəcəyiniz rayonlarda işlər sizin fəaliyyətinizdən asılı olacaq. Əgər sizə göstərilən böyük etimadı bütövlükdə doğrultmasanız bu, eyni zamanda, cəmiyyətdə də məyusluq yaradacaq. Deyəcəklər ki, yeni insanlar gəldi, gənclərdir, yeni təfəkkürlə, yeni yanaşma ilə, amma eyni yolla gedirlər…”.
Bəli, cənab prezident Nahid Bağırova etimad göstərmişdi, amma hardan bilərdi ki, o, az sonra atasının və qayınatasının sayəsində "Qala Bazar” restoranında bu etimadı yerə vuracaq… Təbii ki, başçı təyin ediləndən rayonun Statistika İdarəsinin xidməti avtomobilini ələ keçirib istifadə edən, başı hələki keçmiş icra başçısı Füzuli Ələkbərovun İsmayıllıda tikdirdiyi "Təzə bazar”la bağlı qalmaqallara qarışan başçı daha nə etməli idi… Amma təəssüflər olsun, Prezidentə doğru məlumat verilmədi. Bildirildi ki, guya Nahid Bağırov, sadəcə, İsmayıllıda hansısa kəndə gedib, karantin qaydalarını pozub və s. Axı icra başçısının rəhbəri olduğu kəndin turizm imkanlarını öyrənmək üçün hansısa kəndə səfər etməsi niyə də karantin qaydalarını pozmaq kimi qəbul edilməli idi??? Bütün İsmayıllı əhalisi isə bilir ki, həmin gün Nahid Bağırov "Qala Bazar”da nə işlə məşğul olub, orada nə baş verib… Və əslində, "Qoşa qala”da nə baş verib???
Təəssüflər olsun, hələki bu yazıda işıqlandıra bilmədiyimiz bəzi məsələlərə dair başçının özünün mövqeyini öyrənə bilmirik. Baxmayaraq ki, dünın bu barədə Nahid Bağırova elektron sorğu da göndərilib…
Əlavə məlumat veriləcək.
 
P.S.Xatırladırıq ki, başçı Nahid Bağırovun Bakıdakı restoranlardan birində yuxarıda qeyd edilən olaylarından bəhs edilərkən "Qoşa Qala” İstirahət Mərkəzinin adı çəkilmişdi. Özünü "Qoşa qala” istirahət Mərkəzinin məsul şəxsi kimi təqdim edərək redaksiyamıza zəng edən şəxs bildirmişdi ki, bəhs edilən hadisə "Qoşa Qala”da deyil, "Qala Bazar” (Qala yolunun ustündə) İstirahət Mərkəzində baş verib… Biz də onun qeydini nəzərə alıb düzəliş etmişdik. Bu dəqiqələrdə isə özünü "Qoşa Qala” istirahət Mərkəzinin məsul işçisi kimi təqdim edən Toğrul Qurbanov adlı şəxs isə redaksiyanın elektron poçtuna məktub yazıb ki, biz sizə zəng edib hadisənin "Qala Bazar”da olmasını deməmişik… Olsun! Biz də Toğrul bəyə təmsil etdiyi istirahət mərkəzindəki statusunu və vəzifə səlahiyyətlərini yazmasını xahiş edirik ki, onun adından bəzi qeydləri ətraflı verək. Amma o da statusunu bildirmək istəmir. İndi biz qalmışıq iki yol ayrıcında… Tanımadığımız şəxsin məktubunu təqdim etməyə hüquqi əsas varmı? Belə anlaşılır ki, "Qala Bazar”ın adını çəkən şəxsin "Qoşa Qala” ya aidiyyəti yoxdur… Redaksiya bütün şəxslərin qeydlərinə hörmətlə yanaşır… Əgər İsmayıllı RİH RƏHBƏRLİYİNİN DƏ MƏSƏLƏYƏ DAİR QEYDİ OLARSA, ONU DA TƏQDİM ETMƏYƏ HAZIRIQ…


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}