“İmamzadə” kompleksinə ayrılan pullar- Prezidentin sərəncamları necə yerinə yetirilir?..

 “İmamzadə” kompleksinə ayrılan pullar- Prezidentin sərəncamları necə yerinə yetirilir?..
Respublikanın ayrı-ayrı rayonlarına müxtəlif məqsədlər üçün prezidentin ehtiyat fondundan müxtəlif məqsədlər üçün vaxtaşırı pullar ayrılır.Bu pullar yolların inşasına, abadlıq işlərinə, ayrı-ayrı tarixi abidələrin bərpasına və digər məqsədlər üçün nəzərdə tutulur.
2010-ci ildə məhz prezidentin sərəncamı ilə Gəncə şəhərindəki "İmamzadə” kompleksinin təmiri məqsədi ilə 3 milyon manat ayrılmışdı
2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 2 sərəncamla 9 milyon, 2014-cü ildə digər 2 sərəncama əsasən isə 8 milyon, 2013-cü ildə yenidən prezidentin imzaladığı sərəncama əsasən 4 milyon, 2012-ci ildə imzalan sərəncama görə 2 milyon manat Prezidentin ehtiyat fondundan Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə” kompleksində bərpa işlərinin aparılması üçün ayrılıb. Xatırladaq ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 2004-cü il də İmamzadə pirini ziyarət etmişdi.
Pirin axundu hacı Tahir ziyarətgah haqqında ətraflı məlumat vermişdi.
Prezident İLHAM ƏLİYEV təşəkkür edərək demişdi: Çox sağ olun. Gəncə də mənim üçün çox əziz, doğma şəhərdir. Mən burada dəfələrlə olmuşam. Gəncə bizim qədim şəhərimizdir, Azərbaycanın tarixidir. Müstəqil Azərbaycanın ikinci şəhəridir. Ona görə Gəncəyə xüsusi diqqət, münasibət olmalıdır. Abadlıq, quruculuq işlərini görəndə, yolların salınmasını, camaatın əhval-ruhiyyəsinin yüksəlməsini görəndə mən çox sevinirəm. Mən istəyirəm ki, bu şəhər daha da gözəlləşsin, abadlaşsın.
Bilirsiniz ki, son dövrdə burada birinci təzə binanı, idman kompleksini biz tikdik. İndi hava limanı tikiləcəkdir. Mən qərar qəbul etdim, bu məsələyə baxacağam. Yeni binalar, yaşayış binaları, mehmanxanalar tikiləcək, şəhər, necə deyərlər, öz qədimliyini, tarixi özəlliyini saxlamaq şərtilə müasirləşməlidir. Mən də çalışacağam ki, hamınızla birlikdə, gəncəlilərlə birlikdə buna nail olam. Sağ olun.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İmamzadə pirini gəzib qurban kəsmiş və Azərbaycan naminə nəzir vermişdilər.

Bəs, görəsən,hal- hazırda vəziyyət necədir? Bu məbləğ qeyd olunan istiqamətlər üzrə xərclənibmi?

Araşdırmamız nəticəsində məlum olub ki, 2010-cu ildən bu tərəfə birbaşa "İmamzadə” kompleksinin təmiri ilə bağlı cəmi 2 tender müqaviləsi bağlanıb. Bunların ümumi dəyəri isə milyon manat təşkil edir. Tenderlərin hər ikisi 2010-cu ildə, Elmar Vəliyev hələ icra başçısı olmamışdan əvvəl Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə "Gəncə Körpü Tikinti-2" ASC adlı şirkəti arasında bağlanıb. Bundan sonrakı illərdə isə Gəncə Şəhər İcra Hakimiyyəti və tabeliyində olan dövlət qurumlarıının heç biri məhz "İmamzadə” komleksinin təmir işləri ilə bağlı tender müqaviləsi bağlanmayıb.

Araşdırmamız nəticəsində o da məlum olub ki, Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə ilə "Gəncə Körpü Tikinti-2" ASC arasında2011-ci ildə 5 milyon, 2012-ci ildə 2 milyon, 2013-cü ildə 3 milyon, 2014-cü ildə isə 5 milyon manat məbləğində, 2015-ci ildə isə həmin qurumla TAC – 2014 MMC arasında 1.47 milyon manat dəyərində, 16.47 milyon manat dəyərində ümumi formada "Abadlıq işlərinin satın alınması” adı altında müqavilə imzalanıb. Ancaq bu müqavilələrin birbaşa məqsədi qeyd olunmadığı üçün onların məhz ölkə başçısının sərəncamında qeyd olunan "İmamzadə” kompleksinin abadlaşdırılması məqsədi ilə xərcləndiyi məlum deyil.

Bütün hallarda isə bağlanan ümumi müqavilələrin dəyəri 21 milyon manat təşkil edir. 4.5 milyon manatın taleyi isə müəmmalı olaraq qalır. Hər halda ayrılan bu pullar Satınalamalar üzrə Dövlət Agentliyinin tender siyahısından kənar xərclənib. Vaxtilə kompleksin bərpa işi ”İmamzadə” tarixi kompleksinin rəhbərliyinə tapşırılmışdı. Kompleksin nəzirlərin köməyi ilə bərpa olunması haqqında icra başçısının göstərişləri HacıTahir Qarabağıni qəzəbləndirmişdi. Vaxtilə icra başçısından yuxarılara şikayət belə etməyə cürət tapmış Hacı Tahir sonradan müqavimətin heç bir fayda verməyəcəyini görüb geri çəkilmişdi. İndi hesab çəkməyin vaxtıdır. Ortada 25 milyona yaxın pul var.Görülən işlər isə bir belə vəsaitin müqabilində çox cüzidir. Güman edirik ki, vaxtilə Lefortovo həbsxanasında yatmış, milli hərəkatın öncüllərindən olan Hacı Tahir Qarabağı bu məsələlərə aydınlıq gətirəcək.
Bu mövzuda araşdırmalarımız davam edəcək. Həmçinin növbəti yazımızda Gəncə Şəhərinə müxtəlif istiqamətlər üzrə ayrılan digər maliyyə vəsaitlərin xərclənməsi məsələsini araşdıracağıq.
"Yeni Sözçü" qəzeti


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}