Arif Məmmədov: “Eldar Mahmudov İsrail kəşfiyyatı ilə bağlı idi”

Arif Məmmədov: “Eldar Mahmudov İsrail kəşfiyyatı ilə bağlı idi”İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsinə münasibət bildirib.

A.Məmmədov öz facebook səhifəsindəki 5 bəndlik açıqlamasında Eldar Mahmudovun işdən çıxarılması səbəbləri barədə öz mülahizələrini, eyni zamanda ondakı məlumatları bölüşüb.

“Eldar Mahmudov qudası, Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevlə bərabər dövlətin külli miqdarda vəsaitini mənimsəyib və tələb olunan zaman bu pulları geri qaytara bilməyib. O, bundan əvvəl də bu cür maliyyə maxinasiyalarına yol veribmiş, lakin həmin zamanlarda cəzalardan birtəhər canını qurtara bilib. Mənimsənən pulların bir qismi isə xaricə qaçırılıb. Bu işdə ona başqa bir qohumu - “Azəriqazbank”ın sahibi Çingiz Əsədullayev kömək edib” - deyə keçmiş səfir yazıb.

Sabiq səfirin sözlərinə görə, Eldar Mahmudov İsrail kəşfiyyatı ilə şəxsi və təşkilatı vasitəsilə münasibətlər yaradıb və bu münasibətlər çox dərindir: “Bu da heç şübhəsiz ki, Rusiyanı narahat etməyə bilməzdi”.

A.Məmmədov iddia edir ki, məhz Moskvadan prezidentə Mahmudovun hansısa kompromatını təqdim ediblər və bundan sonra onu təcili və gözlənilməz şəkildə vəzifəsindən azad ediblər.

Keçmiş diplomatın iddiasına görə, 2011-2012-ci illərdə Arif Məmmədovu həbs etmək istəyən zaman Eldar Mahmudov buna imkan verməyib.

“Buna görə ona minnətdaram” - deyə üsyançı səfir yazıb.

Səfir hesab edir ki, MTN əsasən qovulmuş nazir Mahmudovun yaxınlarından təşkil olunduğu üçün bu hadisədən sonra bu təşkilat uzun müddət effektli fəaliyyət göstərə bilməyəcək.

Son olaraq A.Məmmədov maraqlı bir mülahizə irəli sürüb: “Bəllidir ki, ölkənin bütün səfirliklərində MTN-in çoxsaylı əməkdaşları işləyir. Onlar Eldar Mahmudova şəxsən sadiq kadrlardır və onların bir neçəsi bəzi diplomatlar kimi geri qayıtmayacaq və siyasi mühacir statusu üçün müraciət edəcəklər”.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}