İŞİD daha bir iranlı komandiri qətlə yetirdi

İŞİD daha bir iranlı komandiri qətlə yetirdiSuriyada İran İslam İnqilabı Keşikçiləri Korpusunun daha bir yüksək rütbəli hərbiçisi İŞİD silahlıları tərəfindən qətlə yetirilib.

Strateq.az «eurasnews.ru»ya istinadən xəbər verir ki, bu barədə İranın İQNA agentliyi məlumat yayıb. Məlumata görə, polkovnik Müslim Hizab bu gün İsfahanda dəfn olunub.

Son bir neçə həftədə Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusunun bir neçə yüksək rütbəli təmsilçisi öldürülüb. Onların arasında iranlı general Hüseyn Həmədani də var. Həmədani oktyabrın 8-də Hələb şəhərində qətlə yetirilmişdi.

İran tərəfi hərbiçilərinin Suriyadakı döyüşlərdə iştirak etmədiyni, yalnız müşavir və hərbi təlimçi kimi xidmət göstərdiyini iddia edir.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}