Aqcabədi rayonun bir qrup sakinin Ağdamlılara müraciəti

Aqcabədi rayonun bir qrup sakinin Ağdamlılara müraciəti
Hörmətli Ağdamlılar!
Xəqani Səfər oğlu Cəfərovun 119 saylı Ağdam kənd Seçki Dairəsindən deputatlığa namizədliyinin qeydə alınmasını sevinclə qarşıladıq. Biz Xəqani Cəfərovu Qarabağa və qarabağlılara bağlı, onlarn dərdi ilə yaşayan insan kimi tanıyırıq. Xəqani Cəfərov Qarabağın hər bir rayonun, hər bir kəndinin problemlərini öz dərdi kimi qəbul edən, onun həlli üçün daima çalışan insandır. Biz həmişə onu çətin günümüzdə yanımızda, bizimlə birgə görmüşük. Xəqani Cəfərov Qarabağın və qarabağlıların problemlərini siyasi alverə çevirməyən azsaylı ziyalılardan biri olduğu kimi, həmyerlilərinin problemlərini özünün şəxsi maraqlarından önə keçirən bir insandır.
Biz Sizlərə müraciət edərək, 01 noyabr 2015-ci ildə keçiriləcək səsvermədə Xəqani Cəfərovu dəstəkləməyə, ona səs verməyə çağırırıq. İnanrıq ki, Xəqani Cəfərovun Mili Məclisdə təmsil olunması Ağdamlılar kimi Ağcabədlilərin də maraqlarına uyğundur. Bizim də Xəqani Cəfərova səs vermək imkanımız olsaydı bir nəfər kimi hamımız onu dəstəkləyərdik. Belə bir imkanın olmamasına görə ümidimiz Sizləridir. Ağdamlılarla yanaşı Ağcabədililərin də namizədi olan Xəqani Cəfərova səs verin və bizləri Milli Məclisdə layiqli insanın təmsil olunmasına nail olun. Allahdan Sizlərə bu yolda güc, Xəqani Cəfərova uğur diləyirik. Ümüdvarıq ki, bizm çağrışımıza etinasız qalmayacaq, seçki günü səsvermədə yekdilik nümayiş etdirəcəksiniz.
Müraciəti Ağcabədi rayonun Avşar, Aşağı Avşar, Şənlik, Taynaq, Sarıcalı, Yeni Qaradolaq, Hüsülü, Pərioğular,Yuxarı Qayamdınlı, Qaravəlli, Salmanbəyli, Hindarx, Təzəkənd, Boyat, Poladlı və Ağcabədi şəhərindən olan iki yüzdən artıq nüfuzlu ziyalı, möhtərəm seyid ocaqlarının təmsilçiləri imzalayıb.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}