Onlar 20 ildir deputat seçilirlər - SİYAHI

Onlar 20 ildir deputat seçilirlər - SİYAHIDeputat seçilənlərin arasında həyatının 20, 25 ilini parlamentə həsr edən mandat sahibləri var. Hələ Azərbaycan keçmiş SSRİ-nin tərkibindəykən, 1991-cı ildə çağırılan keçmiş Ali Sovetin sessiyasından ta 2015-ci il 1 noyabr tarixindəki seçkilərədək həmişə qalib elan edilmiş parlamentarilər də var. 10 saylı Binəqədi üçüncü seçki dairəsindən mandat qazanmış Madər Musayev bu il 6-cı dəfə parlamentə seçildi. O, 1991-ci ildən bəri deputatdır.

Müstəqil Azərbaycan Respublikasında I çağırış Milli Məclisə seçkilər 1995-ci ilin 12 noyabrında keçirilib. 2015-ci il 1 noyabr tarixində isə V çağırış Milli Məclis seçkiləri keçirildi. Bu seçkilərin hamısında iştirak etmiş və həmişə də mandat qazanmış deputatlar kimlərdir?

Milli.Az modern.az-a istinadən xəbər verir ki, ömrünün 20 ilini Azərbaycan Respublikasının qanunvericilik orqanında keçirən bəzi deputatlar bundan sonra daha 5 il Milli Məclisdə çalışacaqlar. Bunlar aşağıdakı şəxslərdir:

1 saylı Şərur-Sədərək seçki dairəsi - Vasif Talıbov

2 saylı Şərur seçki dairəsi - İsa Həbibbəyli

4 saylı Naxçıvan şəhər seçki dairəsi - Eldar İbrahimov

23 saylı Nəsimi-Səbail seçki dairəsi - Ziyad Səmədzadə

50 saylı Abşeron-Qobustan seçki dairəsi - Zeynəb Xanlarova

60 saylı Salyan-Neftçala seçki dairəsi - Fəzail Ağamalı

61 saylı Neftçala seçki dairəsi - Arif Rəhimzadə

66 saylı Biləsuvar seçki dairəsi - Xanhüseyn Kazımlı

74 saylı Lənkəran kənd seçki dairəsi - Hadı Rəcəbli

76 saylı Lənkəran-Astara seçki dairəsi - Ziyafət Əsgərov

116 saylı Qəbələ seçki dairəsi - Fəttah Heydərov

125 saylı Zəngilan-Qubadlı seçki dairəsi - İmamverdi İsmayılov


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}