Təhlükəsizliyimiz təhdid altındadır

Təhlükəsizliyimiz təhdid altındadırCəmiyyət, xüsusilə də onun fəal qismi baş verən məmur həbslərini böyük diqqətlə, hətta bir qədər də maraqla izləyir. Cəmiyyətin bu münasibəti yaranmış vəziyyətə tam ziddiyət təşkil etsə də, ölkə ictimaiyyəti sanki kəskin süjetli filmin sonluğunu seyr edirmiş kimi, mediada yayılacaq məmur həbslərinə diqqət kəsilib. Bu zaman heç kim ölkənin təhlükəsizliyinin təhdid altına düşdüyünün fərqinə varmır. Bu günə kimi həyata keçirilən həbslər və yüksək vəzifəli məmurların istefaya göndərilməsi ölkənin milli təhlükəsizliyi ilə bağlı ciddi təhdidlərin yarandığını, ancaq son ana kimi heç kimin bunun fərqində olmadığını deməyə əsas verir. İki çox mühüm nazirliyin, Milli Təhlükəsizlik nazirliyinin, eləcə də Rabitə və Yüksək Texnoligiyalar nazirliyinin rəhbəri bir-birinin ardınca istefaya göndərildi. Bu iki nazir, həm Eldar Mahmudov, həm də Əli Abbasov İlham Əliyev prezident olduqdan sonra nazir təyin edilmiş şəxslərdir. Yəni onların hər ikisnin İlham Əliyevin komandasına aid olduğu şübhə altına alınmırdı. Əgər sabiq Milli Təhlükəsizlik naziri Namiq Abbasov mərhum Heydər Əliyev tərəfindən nazir təyin edilmişdirsə və bundan da əvvəl nazir müavini postuna AXC hakimiyyəti zamanında gətirilmişdisə, Eldar Mahmudovu MTN-nə İlham Əliyev gətirmişdi.
Qeyd edək ki, mərhum Heydər Əliyev təhlükəsizlik sistemində işləyənlərə qarşı daha tələbkar idi və onun zamanında nazirlikdə yalnız üç məmur general rütbəsi daşıyırdı.
Belə ki, ölkədə ən məlumatlı şəxslərdən biri olan deputat Zahid Oruc belə bir açıqlama verdi ki, Əli Abbasov Eldar Mahmudovun şantajına boyun əyib. Bu iddianın nə qədər həqiqtət olduğunu biz söyləyə bilmərik. Ancaq o da məlumdur ki, Zahid Oruc əlində əsas olmasa belə iddia ilə heç bir halda çıxış eləməzdi. Burada deputatın sözünə etimad etməmək üçün əlimizdə heç bir əsas da yoxdur. Buradan çıxan acı nəticə isə ondan ibarətdir ki, ölkənin ən normal nazirlərindən biri hesab olunan, akademik Əli Abbasov öz ölkəsinin təhlükəsizlik nazirinin şantajına məruz qalır və Zahid Oruc demişkən buna boyun əyirsə, deməli ölkənin milli təhlükəsizliyi ciddi təhdid altındadır. Çünki, bizim məmurlar özlərinə və yaxınlarına ölkədə rəva görmədikləri həyat tərzini xaricdə həyata keçirməyə üstünlük verirlər. Əksər məmurların xaricdə dəyəri milyonlarla ölçülən mülklərinin, bank hesablaarının və şirkətlərinin olması onları xarici dövlətlərin xüsusi xidmət orqanları üçün çox asan yemə çevirir. Əgər akademik, böyük ömür yolu keçmiş Əli Abbasov öz ölkəsinin xüssusi xidmət orqanının şantajına baş əyirsə, digər nazirlərimizin qüdrətli Mərkəzi Kəşfiyyat İdarəsinin və yaxud da MOSAD-ın şantajına məruz qalmayacağını, bu zaman isə həmin şantaja boyun əyməyəcəyinin heç bir zəmanəti yoxdur. Burada onu da vurğulamaq lazımdır ki, Eldar Mahmudovun şantajına məruz qalan Əli Abbasova bu vəziyyətdən çıxmaq üçün Baş nazir Artur Rasizdəyə, Baş prokuror Zakir Qaralova, Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevə və ən nəhayət Prezident İlham Əliyevə mürcət edə bilərdi. Ancaq MKİ-nin və yaxud MOSAD-ın şantajına məruz qalan şəxs kimə müraciət edəcək? Bütün bunlar ölkənin milli təhlükəsizliyin təhdid altında olduğunu göstərir. Ölkənin milli təhlükəsizliyinin təhdid altında olduğunu həftənin ilk günü, saat təxminən 16:10 radələrində Azərbaycan ərazisinin əksər hissəsində internet əlaqəsi kəsilməsi də təsdiqləyir. Belə ki, həmin vaxt ölkənin əksər internet provayderlərinin abonentləri qlobal şəbəkəyə qoşula bilməyiblər. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmilərinin ilk anda açıqlamalarında belə deyilirdi ki, hələlik onlara məlum olmayan səbəbdən ölkə ərazisinin əksər hissəsində internet əlaqəsi kəsilib. Az sonra bunun səbəbi kimi ölkədə internet təchizatının böyük əksəriyyətinə nəzarət edən “Delta Telekom” şirkətinin serverlərinin çökməsi, onlarda olan yanğın göstərilirdi. İnternetin kəsilməsi ilə əlaqədar ölkədə online bank əməliyyatları dayanıb, elektron ödəmə sistemlərinin işi iflic olub. Habelə online bilet satışı sistemi çöküb. İri şirkətlərin işi dayanıb, digər fəsadlar meydana çıxıb. Bu məhz bizim narahat olduğumuz məqamdır. Çünki, bir neçə il əvvəl İran İsrailin onun nüvə araşdırma mərkəzlərinin kompyuterlərinin serverlərinə müdaxilə etdiyi haqqında məlumatlar yaymışdı. İranın ən çox mühafizə olunan nüvə mərkəzlərinə müdaxilə etdiyini dolayısı yolla etiraf edən İsrail xüsusi xidmət orqanı həmin müdaxilə nəticəsində Tehranın nüvə silahı əldə etməsinin bir neçə il geri atıldığını da açıqlamışdı. İndi isə Bakıda yaşananlar, MTN və RYTN-də baş verənlər həyacan təbili çalmaq üçün yetərlidir. Sonra çox gec ola bilər. Eldar Mahmudov, Akif Çovdarov və digərləri ilə bağlı məsələdə olduğu kimi. Hakimiyyət nəhayət ki, ölkədə səslənən tənqidi səsləri boğmaqdan əl çəkib, onları dinləməyə üstünlük verməlidir. Hər tənqidi fikirə düşmən münsibət bəsləmək, “Eldar Mahmudov fenomeni”nin yaradır. Bunu Hacı Məmmədovun bandasının ifşasından sonra MTN-də də oxşar dəstənin yaranması tam təsdiq edir.
Arzuman Loğmanoğlu


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}