Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişiklikləri başlayır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişiklikləri başlayırNazirlikdə yüksək vəzifə tutan şəxslərin ərizələri alınıb
Eldar Mahmudovdan sonra Milli Təhlükəsizlik Nazirliyində başlayan kadr dəyişiklikləri, sabiq nazirə yaxın yüksək rütbəli məmurların işdən çıхarılması və həbs edilməsi sürətləndiyi kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində də kadr dəyişikliləri yeni vüsət alır. Prezident İlham Əliyev tərəfindən Ramin Quluzadənin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinə gətirilməsi, birinci müavin təyin olunaraq nazirin səlahiyyətlərinin icrasının ona tapşırılması dövlət başçısının bu nazirlikdə köklü dəyişikliklərin həyata keçirilməsində maraqlı olduğunun göstərişisi hesab oluna bilər.
Əgər Əli Abbasovdan sonra nazir müavinlərindən biri nazirliyin başına gətirilmədisə, deməli siyasi hakimiyyət onlara güvənmir. Xüsusilə də, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun əməlləri üzə çıxdıqca nazir müavinləri İltimas Məmmədov və Elmir Vəlizadənin mövqeləri daha da zəifləyib. Bundan başqa “Aztelekom” və Bakı Telefon Rabitəsi İstehsalat Birliklərində baş verənlərə görə də heç şübhəsiz ki, nazir müavinləri məsuliyyət daşıyırlar. Qeyd edək ki, nazir müavinlərindən biri “Aztelekom” İstehsalat Birliyinə, digəri isə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə ümumi nəzarəti həyata keçiriblər. İndi bi iki İstehsalat Birliyinin baş direktorları və bir çox əməkdaşları həbsdə olduğu bir vaxtda İltimas Məmmədovun və Elmir Vəlizadənin vəzifələrində qalması mümkün deyil. Digər tərəfdən İltimas Məmmədov həm də nazirlikdə görülən tikinti işlərinə ümumi nəzarəti həyata keçirib. İndi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşlarına qarşı əsas ittihamlardan birinin dövlət vəsaitini mənimsəmək olduğu üçün nazir müavini İltimas Məmmədovun vəzifədə qalması tamamilə mümkünsüz görünür. “Yeni Sözçü” qəzetninə daxil olan məlumatda da deyilir ki, Prezident İlham Əliyevin sərəncamı ilə nazirin birinci müavini təyin edilən Ramin Quluzadə artıq nazir müavinlərinə istefa ərizələri yazmağı tapşırıb. Hər iki nazir müavinin yaxın günlərdə vəzifələrini itirəcəkləri gözlənilir. Hətta mümkündür ki, qəzet işıq üzü görərkən artıq İltimas Məmmədov nazir müavini olmasın. Mətbauatda yayılan məlumatlar da bizim məlumatları təsdiq edir. KİV-də yayılan məlumatlara görə, Ramin Quluzadə Rabitə və Yüksək Teхnologiyalar nazirinin birinci müavini təyin edildikdən sonra nazirlikdə bütün dövlət qulluqçularına məcburi şəkildə işdən çıхmaqla bağlı ərizələr yazdırılır. Amma istefa ərizələrinə tariх yazmırlar. Medianın son məlumata görə, artıq 90 nəfərin ərizəsi alınıb. Aldığımız məlumata görə, ərizəsi alınanlar arasında sabiq nazir Əli Abbasovun köməkçisi Ehtiram Kərimovun adı da var. Qeyd edək ki, Ehtiram Kərimov Əli Abbasovdan əvvəl, yəni 2002 –ci ildə nazir köməkçisi təyin olunub. Bu şəxs nazirlikdə Əli Abbasova ən yaxın şəxslərdən hesab olunub. Ancaq çox maraqlıdır ki, indi Əli Abbasovla yaxın əlaqələrini gizlətməyə çalışırlar. Sanki, 11 il yarım ərzində nazirin köməkçisi Ehtiram Kərimov olmayıb. Baxmayaraq ki, Əli Abbasova qarşı heç bir rəsmi ittiham irəli sürülməyib və sabiq nazirin özü dediyi kimi evində oturubsa, son günlərə kimi ona yaxın olan məmurun ondan qəfil üz çevirmələri yaxş qəbul oluna bilməz. Əlbəttə, onlar yeni nazirin zamanında öz mövqelərini qorumağa çalışırlar və buna görə Əli Abbasovla bağlantılarını sürətlə qıramağa çalışır. Ancaq istənilən halda bu addım doğru hesab oluna bilməz.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində əsas söz sahibi olan Aparat rəhbəri Vidadi Zeynalovun ən yaxın kadrlarından olan Aparat rəhbərinin müavini İlham Mərdanovun da ərizəsinin alındığı haqqında məlumatlar var. Hətta onun son günlər nazirlikdə görsənmədiyini də verilən məlumatlar arasındadır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində anonsu verilən kadr dəyişiklikləri isə yalnız nazirliyin Aparatı ilə yekunlaşmayacaq. Belə ki, yaxın günlərdə “Aztelekom” və Bakı Telefon Rabitəsi İstehsalat Birliklərinə yeni baş direktorlar təyin ediləcək ki, onlar da öz növbələrində həmin İstehsalat Birliklərində ciddi kadr dəyişiklikləri həyata keçirəcəklər. Eyni zamanda Vidadi Zeynalovun istintaqı prosesində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daha bir neçə yüksək vəzifəli rəsmisi istintaqa cəlb oluna bilər. Məlumdur ki, nazirliyin sabiq Aparat rəhbəri bu qədər pulu təkbaşına və və yaxud iki-üç nəfərin iştirakı ilə mənimsəyə bilməzdi. Buna görə də nazirliyin aparatında çalışan bir neçə vəzifəli şəxsin də yaxın günlərdə istintaqa çağrılacağı gözlənilir. Eyni zamanda həbs olunan şəxslərə bağlılığı olan məmurların da vəzifələrindən kənarlaşdırılacağı gözlənilir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş verən prosesləri izləməyə davam edəcəyik. Yazıda adları çəkilən şəxsləri də dinləməyə hazırıq.

Arzuman Loğmanoğlu


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}