Cahangir Hacıyevin həbsi bəzi kredit oliqarxlarına həbsxananın yolunu açacaq

Cahangir Hacıyevin həbsi bəzi kredit oliqarxlarına həbsxananın yolunu açacaqNazim İbrahimovun istefası hansı problemin həllinə yol aça bilər?
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyyətinin sədri Cahangir Hacıyev bankın Müşahidə Şurasının martın 18-də keçirilən iclasında səhhəti ilə bağlı tutduğu vəzifədən azad edilməsi barəsində ərizə vermiş və ərizəsi qəbul edilərək bu istəyi təmin edilmişdi. Cahangir Hacıyevin istefası ilə bağlı rəsmi xəbərlərdə bank rəhbərinin səhhətinə görə tutduğu vəzifədən istefa verdiyi bildirilsə də, bu zaman mediada yayılan məlumatlar fərqli idi. İndi Cahangir Hacıyev haqqında Nərimanov rayon Məhkəməsinin üç ay müddətinə həbs qəti imkan tədbiri seçməsi, sabiq bankiri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılması və Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə)və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunması mart ayında yayılan rəsmi məlumatların həqiqətdən uzaq olduğunu göstərir. Eyni ilə də sabiq bankirin saxta yolla 10 nəfərə yaxın sıravi vətəndaşın adına külli-miqdarda kredit rəsmiləşdirərək özü götürməsi və buna görə baş prokurorluq tərəfindən verilən ilkin ittihamda Changir Hacıyevin Bankın 120 milyon manat pulu mənimsə ittihamının irəli sürülməsi də yalnız başlanğıcdır. Tezliklə bu rəqəm bir neçə dəfə artacaq. Qeyd edək ki, hələ bir neçə ay bundan əvvəl “Yeni Sözçü” qəzeti özəl mənbələrinə istinad edərək Azərbaycan Beynəlxalq Bankındakı kredit fırıldağı ilə bağlı çox ilginc məlumatlar dərc etmişdi. Həmin məlumatların birində deyilirdi ki, Azərbaycan Beynəlxalq Bankından külli miqdarda kredit götürüb qaytarmadğına görə, “Bandotdel” tərəfindən saxlanılan bəzi insanlar banka borcları olduqlarını yalnız DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstənqtiqlərindən eşidiblər. Onların bir çoxu adına külli miqdarda kredit olduğu bir yana, ümumiyyətlə Azərbaycan Beynəlxalq Bankı ilə hər hansısa iş birliklərinin olmasından belə xəbərsiz olublar. Ancaq elələri də olub ki, onların adlarına kredit götürülməsindən xəbərdar olub, ancaq bununla bağlı dəqiq məlumatlara malik olmayıb. Məsələn, Hacı İbrahim Nehrəmlinin baldızı oğli İlqar İbrahimov adına Azərbaycan Beynəlxalq bankında kredit olduğunu bilib, ancaq bu kreditlərin haçan və hansı məbləğdə götürülməsindən xəbərsiz olub. Belə hallar az deyil. Ancaq bir də var ki, bəzi insanlar adalarına kredit xəttinin açılamsından, belə bank əməliyyatlarının aparılmasından, ümumiyyətlə xəbərsiz olublar. İndi belə cinayətlərin üstünün açılması və Cahangir Hacıyevin də artqı həbs olunması bu günə kimi ədalət məhkəməsindən yayına bilənlərin də həbs olunacağını deməyə əsas verir. Ancaq necə ki, Eldar Mahmudov vəzifəsindən azad edilmədən Chanagir Hacıyevin həbsi mümkün olmurdu, bəzi məmurların da hələ vəzifə başında olması ayrı-ayrı işbazların məsuliyyətdən yayınmasına imkan verir. Məsələn, Nazim İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən kənarlaşdırıldıqdan sonra “Avesta Konserni” MMC-nin prezidenti, Azərbaycan Beynəlxalq Bankına 600 milyon manat borcu olan Hacı İbrahim Nehrəmli də həbs ediləcək.
Prokurorluq Nazim İbrahimovun vəzifəsindən kənarlaşdırılmasını gözləyir?
Nazim İbrahimov Komitə sədri olduğu müddətdəcə Hacı İbrahim Nehrəmlinin Azərbaycan qanunlarından güclü olacağına, ona, hətta DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin belə gücü catmayacağını düşünən isə yalnız bu sətrlərin müəlifi deyil. Hacı İbrahim Nehrəmlidən cari ilin aprel, may, iyun, iyul, avqust və sentyabr aylarına görə əmək haqqını, eləcə də istifadə olunmayan məzuniyyət gününə və son hesablaşma hesabına görə ona düşən pullarını ala bilməyən Rüfan Həsən oğlu Qasımov da belə düşünür ki, Nazim İbrahimov vəzifədə olduğu müddətdə Hacı İbrahim Nehrəmlidən etdiyi şikayətlərin heç bir nəticəsi olmayacaq. Bu günə kimi başda prezident İlham Əliyev olmaqla əksər dövlət rəsmilərinə, o cümlədən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Baş prokuror Zakir Qaralova, Daxili işlər naziri Ramil Usubova, DİN Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimova müraciət edən Rüfan Qasımov sonda belə qənaətə gəlib ki, müraciət etdiyi şəxslərdən heç kimin və heç bir dövlət orqanının Haci İbrahim Nehrəmliyə gücü çatmır. Əgər belə olmasaydı, bu günə kimi etdiyi müraciət və şikayətlərlə bağlı Hacı İbarhim Nehrəmliyə güldən ağır söz deyən biri tapılardı. Ancaq reallıq ondan ibarətdir ki, bütün cinayətkarların ürəyinə qorxu salan “Bandotdel”in güclü müstəntiqləri də Hacı İbrahim Nehrəmlinin adı gələndə əl-qollarını yanlarına salırlar. Baxmayaraq ki, bu kredit oliqarxından edilən şikayətlərin artıq sayını itirdiklkərini də etiraf edirlər. Bütün bu şikayətlərin araşdırılması üçün isə deyəsən, Hacı İbrahim Nehrəmlinin hökumət üzvü olan qardaşı Nazim İbrahimovun vəzifəsindən kənarlaşdırılmasından sonraya qalacaq. Hələlik heç bir məmur, heç bir dövlət orqanı Hacı İbrahim Nehrəmlinin faəliyyətinə hüquqi qiymət vermək istəməsə də Rüfan Qasımov əmək haqqının pozulması ilə barışmır və kredit oliaqrxının ifşasını davam etdirir. Məsələn, Rüfan Qasımov DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimova yazdığı şikayət ərizəsində qeyd edir ki, kredit oliqarxı ona olan 6000 manata yaxın əmək haqqı borcun verməkdən yayınsa da, maşın kolleksiyasındakı avtomobillərin sayı azalmır. Şikayətçi qeyd edir ki, kredit oliqarxının bankdan götürüb qaytarmadığı pullar hesabına övladlarına aldığı “Bentley” və “Porche” markaı maşınların ümumi dəyəri 500 min manatdan yuxarıdır. Yeri gəlmişkən onu da qeyd edək ki, bu maşınardan ən azı biri, “Avesta Konserni” MMC-nin işçilərindən birinin adına rəsmiləşdirilmiş “Porche” bu gündə Azərbaycan Beynəlxalq Bankında kreditdədir. Yeri gəlmişkən “Porche”nin bir müddət əvvəl avtonəqliyyat qəzasına düşməsi ilə bağlı məlumat və bu zaman hansı hadisələrin yaşandığına aydınlıq gətirmək növbəti saymızın mövzusudur.
Hacı İbrahim Nehrəmlinin maşın kolleksiyasındakı avtomobillərin isə umumi dəyərinin beş milyon manatdan yuxarı, barmağındakı üzüyün 700 min manat, eynəyinin 16 min, bir ayaqqabısının 14 min manat olduğunu qeyd edən Rüfan Qasımov isə Hacı İbrahim Nehrəmlinin onun 6 000 manata yaxın halal əmək haqqısını verməkdən yayınmasını həm də insanlqıdan uzaq bir hərəkət hesab edir. Rüfan Qasımovun yeganə ümidi onadır ki, tezliklə Nazim İbrahimov vəzifəsindən çıxarılacaq və yalnız bundan sonra dövlət qurumları onun şikayətini araşdırmağa başlayacaq. Yeri gəlmişkən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun özünün də Azərbaycan Beynəlxalq Bankına 10 milyon manat borcu olması haqqında məlumatlar var. Həmin məlumatı araşdırmağa çalışacağıq.Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}