Ağcabədi sakinlərinin fəryadını eşidən tapılacaqmı?

Şikayətçilər başqa bir rayona köçürülmələrini istəyirlər

Ağcabədi rayonun bir qrup sakini Başda president İlham Əliyev olmaqla Prezident Admistrasiyasının rəhbəri Ramiz Mehdiyevə, Prezident Admistrasiyasının şöbə müdirləri Eldar Nuriyevə, Əli Həsənova və Fuad Ələsgərova, Ədliyyə naziri Fikrət Məmmədova, Baş prokuror Zakir Qaralova, eləcə də BMT-nin Baş Katibi Pan Ki Muna, ATƏT-in və Avropa Şurasının rəhbərlərinə, ABŞ Dövlət Departamentinə və ölkəmizdə akredatsiya olunmuş çoxsaylı səfirliklərə müraciət ediblər. Müraciət müəllifləri dəfələrlə Ağcəbədi rayon icra başçısı Şahin Məmmədovun rayonda yaratdığı qəddar diktatura rejimi və törədilən qanunsuzluqlardan, rayondakı korrupsiya faktlarını ifşa edənləri yerli hüquq mühafizə orqanlarının vasitəsi ilə həbs etdirməyə və cərimə kəsdirməklə susdurmağa çalışması haqqında müxtəlif dövlət orqanlarına müraciət etdiklərini, ancaq vəziyyətin dəyişmək əvəzinə pisləşdiyini qeyd edirlər. Müraciət müəllifləri qeyd edirlər ki, 13 aprel 2015-ci il tarixində Ağcabədi rayonun icra başçısı Şahin Məmmədov 120 sahibkarın qarşısında acıq bəyan etdiyi Ağcabədi rayon Haramı adlanan ərazilər yüksək vəzifəli məmurlar tərəfindən satılmışdır. İcra başçısı bildirdi ki, ona 2008-ci ildə bu torpaqlarla bağlı 5 diplomat pul təklif olunub, lakin o torpaqları satmayıb. Şikayətçilərin sözlərinı görə, icra başçısı Ağcabədi rayonun Sarıcalı kəndinə məxsus olan 3000 hektar, Kəbirli kəndinə məxsus olan 2800 hektar torpağı camaatdan zorla alınaraq şirkətlərə satıb. Rayon sakinləri onu da qeyd edirlər ki, abadlıq adı altında sahibkarlardan milyonlarla manat vəsait alınıb, eyni zamanda bu məqsədlə külli miqdarda dövlət vəsaiti sərf edilib. Şikayətçilər indi həmin abadlıq işləri adı altında mənimsəmə faktlarının araşdırılmasını tələb edirlər. Bundan başqa icra başçısının Almanyanın Münhen və Köln, İstanbulun ən bahalı rayonlarından olan Beşiktaş və Başaqda, bakının Qaraçuxur və Masazır qəsəbələrində, Yasamal rayonunda N.Nərmanov heykəlinin arxasındakı binalarda yüksək təmir olunmuş üç mənzili, Azərbaycanin gözəl təbiətə malik Qax, Qəbələ, Şamaxı, Quba və Daşkəsən rayonlarında villalarının hansı yola alındığına aydınlıq gətirilməsini istəyirlər. Müraciət müəllifləri Ağcabədi rayonunda baş verən özbaşınalıqları, qanun pozuntularını və 98 nəfər sahibkarın rəsmi müraciətini rəhbərlik etdiyi "Press İnform” qəzetinin Baş redaktoru İlqar Zakir oğlu Şirinovun şərlənərək həbs edilməsini də icra başçısının sifarişi hesab edirlər. Ağcabədi rayon sakinləri İlqar Şirinovun istintaqın Ağcabədi rayon hüquq-mühafizə orqanları tərəfindən aparılmasına etiraz edir, bu işin başqa bir rayona verilməsini tələb edirlər. Sonda müraciət müəllifləri qeyd edirlər ki, əgər dövlət rəsmiləri Şahin Məmmədova "dur” deyə bilmirsə, onda şikayətçilərin başqa bir rayona köçürülməsini təmin etsin.

Ağcabədi rayonunda isə çox ilginc olaylar baş verir. İcra başçısından tənqidi yazılar yazan baş redaktor həbs olunur, onun ailə üzvüləri də təqibə məruz qalır. Məlumata görə, şərlənərək həbs edilən İlqar Şirinovun həyat yoldaşının pedoqoji fəaliyyəti araşdırılır. Bu zaman isə ona qarşı dərs demədiyi halda əmək haqqı yazılması ilə bağlı iradlar irəli sürülür. Tədris etmədiyi dərs saatlarına görə əmək haqqı aldığını, indi isə bu pulları geri ödəmək lazım gəldiyi qeyd olunur. Çox maraqlıdır ki, əgər həqiqətən də İlqar Şirinovun həyat yoldaşı işə gəlmədiyi halda əmək haqqı alıbsa, buna cavabdeh ilk növbədə işlədiyi məktəbin direktoru və Təhsil Şöbəsinin rəhbərliyidir. Ancaq Ağcabədi rayonunda təhsilin vəziyyətindən xəbərdar olanlar hər şeyi mümkün hesab edirlər. Məsələn, bu rayonda mövcud olmayan şagirdlərdən mövcud olmayan siniflər yaradıldığı və buna görə dövlətin külli miqdarda vəsaitinin mənimsənilməsi faktı məhkəmə qərarı ilə də təsdiq olunub. Ancaq Təhsil Şöbəsinin müdirinə "gözün üstə qaşın var”- deyən tapılmayıb.

İndi də İlqar Şirinovun həyat yoldaşı ilə bağlı məsələdə Təhsil Şöbəsinin məsuliyyəti bir kənara qoyulur, müəllimədən tədris etmədiyi dərs saatlarına görə aldığı əmək haqqı geri tələb olunur. Bu məsələ ilə bağlı Təhsil Nazirliyinin rəsmilərinin mövqelərini öyrənməyə çalışacağıq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}