Devalvasiya Dövlət Sirkini də vurdu


Devalvasiya Dövlət Sirkini də vurduBakı Dövlət Sirki ciddi problemlə üzləşib

Bakı Dövlət Sirki xarici tərəfdaşları ilə müqavilələrə görə maliyyə öhdəçiliyini təmin edə bilmək üçün Mədəniyyət və Turizm Nazirliyindən dəstək istəyib

 

Manatın devalvasiyası iqtisadi böhranı dərinləşdirib, iqtisadiyyatın əksər sahələrini öz cənginə aldığı kimi xidmət sahələrini də vurub. İaşə obyektləri də ticarət obyektləri kimi ardı-ardına bağlanmaqda, işləyənlərin də müştəriləri sürətlə azalmaqdadır. Manatın devalvasiyası Bakı Dövlət Sirkini də vurub. Məlumata görə, Bakı Dövlət Sirkinin qış tamaşaları üçün hazırlanan proqramları həyata keçirmək üçün xarici ölkələrin sirkləri ilə bağladıqları müqavilələrin ödənməsində problemlər yaranıb. Belə ki, həmin müqavilələr devalvasiyadan əvvəl bağlanıb. Bakı Dövlət Sirkinin rəhbərliyi ümid edirmiş ki, tamaşaçıların çoxluğu həm müqavilələrə görə ödəmələri təminat altına alacaq, həm də Sirkin özünün də gəlirini artıracaq. Ancaq manatın devalvasiyası Bakı Dövlət Sirkini çox çətin vəziyyətdə qoyub. Devalvasiyadan əvvəl əgər biletlərin qiyməti təxminən dolların kursu ilə eyni qiymət təşkil edirdisə, indi ciddi fərqlər yaradıb. Belə ki, əgər əvvələr bir dollar bir manat beş qəpik idisə, indi tamamilə fərqli vəziyyət yaranıb. Devalvasiya Bakı Dövlət Sirkinin biletlərinin dəyərini dollarla müqayisdə itirməsi ilə nəticələnib. Bundan başqa devalvasiya ölkədə sosial vəziyyəti gərginləşdirdiyi üçün Bakı Dövlət Sirkinin tamaşalarına gələnlərin də sayı azalıb. Bu da gəlirlərin kəskin azalmasının digər bir səbəbi olub. Məlumata görə, Bakı Dövlət Sirki xarici tərəfdaşları ilə müqavilələrə görə maliyyə öhdəçiliyini təmin edə bilmək üçün Mədəniyyət və Turizm Nazirliyindən dəstək istəyib. Lakin Mədəniyyət və Turizm Nazirliyi Bakı Dövlət Sirkinin bu istəyini rədd edib və hal-hazırda Bakı Dövlət Sirki yaranmış vəziyyətdən çıxış yolu tapmağa çalışır. Bu məlumatla bağlı Bakı Dövlət Sirkinin rəhbərliyinin mövqeyini öyrənmək cəhdimiz nəticəsiz qaldı. Ancaq biz Sirk rəhbərliyinin mövqeyini də dinləməyə hazırıq. 
 
"Yeni Sözçü" qəzeti


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}