Nəriman Nərimanov haqqında monoqrafiya: Azərbaycan və gürcü dillərində

Nəriman Nərimanov haqqında monoqrafiya: Azərbaycan və gürcü dillərində

 

Bu günlərdə tanınmış ədəbiyyatşünas, publisist mərhum Vəli Məmmədovun ictimai-siyasi xadim, yazıçı, publisist, həkim Nəriman Nərimanov haqqında yazdığı monoqrafiya iki dildə: Azərbaycan və gürcü dillərində Tbilisidəki "Universal” nəşriyyatı tərəfindən işıq üzü görmüşdür. Kitab ilk dəfə Bakıda 1957-ci ildə nəşr edilmişdir. Müəllif Bakı, İrəvan, Tbilisi, Odessa, Kiyev, Leninqrad (İndiki Sankt-Peterburq ) və Moskva şəhərlərinin arxiv və kitabxanalarında çalışmış, Nəriman Nərimanovun sağ qalan qohumlarını, tələbə yoldaşlarını, dostlarını tapmış, çoxlu qiymətli və maraqlı sənədlər, foto şəkilləri və xatirələr toplamışdır. İndi iki dildə olan bu kitab Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayevin təşəbbüsü və maliyyə dəstəyi ilə işıq üzü görmüşdür. Söhbət zamanı Əli Babayev demişdir: -Bildiyimiz kimi Nəriman Nərimanov Tiflisdə anadan olmuş, burda boya-başa çatmış, Qori Müəllimlər Seminariyasında təhsil almış, soydaşlarımızın yaşadığı Qızılhacılı kəndində bir neçə il müəllim kimi, Tiflisdə isə həkim kimi fəaliyyət göstərmişdir. Bütün bunları nəzərə alaraq kitabın gürcü dilinə tərcümə olunmasını və gürcü oxucularına da çatdırılmasını məqsədyönlü hesab etdik. Bir də 20 noyabr 1991-ci ildə erməni terrorizminin qurbanlarından biri olan, məlum vertolyot qəzasında həlak olan Vəli Məmmədovun gələn il yanvarın 7-də ad günüdür. Məh elə həmin gün kitabın təqdimatını keçirmək və onun əziz xatirəsini yad etmək niyyətindəyik. Onu da qeyd edim ki, bu nəcib insanla yaxından tanış idim. Bakıda təhsil aldığım vaxtlar onun işlədiyi yerdı təcrübə keçmişəm. Onun qayğıkeşliyi, nəcibliyi yenə də gözümün önündədir. Sovetlər dövründə Qızılhacılı kəndinin yerləşdiyi Marneuli rayonunda hər il aprel ayları Nərimanov günləri keçiriləndə Bakıdan bir neçə alim və yazıçılar ilə birlikdə Vəli Məmmədov da təşrif buyururdu.Allah rəhmət eləsin. Onu da xüsusilə qeyd edim ki, bu nadir kitabın yeni nəşrini Nərimanovun Bakıdakı və Tiflisdəki ev muzeylərinə, eləcə də Mirzə FətəliAxundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə, kitabxanalara paylamaq fikrindəyəm.
Kitabın tərtibçisi-tərcüməçisi Mirzə Məmmədoğlu, redaktoru isə tanınmış gürcü yazıçısı Nariman (Naro Kolxeli) Yaşağaşvilidir.
Sozcu.info 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}