RUSİYA QAÇILMAZ İQTİSADİ BÖHRANA GİRİR: artan işsizlik, sürətlə yoxsullaşma, ölən rubl və çarəsiz qalan hökumət... - ARAŞDIRMA

RUSİYA QAÇILMAZ İQTİSADİ BÖHRANA GİRİR: artan işsizlik, sürətlə yoxsullaşma, ölən rubl və çarəsiz qalan hökumət... - ARAŞDIRMA

 

Dmitri Remizov

rosbalt.ru, 25.12.2018

Neft qiymətlərinin azalması və əhalinin artan yoxsulluğu dünya fıtrınası şəraitində iqtisadiyyata üzdə qalmaq imkanı vermir. Neft, rubl və ölkədə yaşayış səviyyəsi düşəcək.

Dünyada neft qiymətləri bazar ertəsi 6%-dən çox düşüb. Növbəti gün Rusiyanın ən böyük şirkətlərinin səhmləri ucuzlaşmağa başlayıb, çərşənbə axşamı ölkənin fond bazarında alver əsas indikatorların önəmli azalmasıyla başlanıb. Dollar və avronun rubla nisbətən rəsmi kursu duyulacaq dərəcədə yüksəlib.

Ekspertlərin fikrincə, bütün bunlar Rusiya iqtisadiyyatını bərk vuracaq yeni böhran tendensiyalarının təzahürüdür.

Mixail Krutixin, iqtisadi analitik, "RusEnergy”-nin tərəfdaşı:

"Neft qiymətlərinin dəyişkənliyi, hər şeydən qabaq, Rusiya büdcəsinin mədaxilinə təsir edir. Neft şirkətlərinin büdcəsi o qədər də güclü ziyana düşmür – hökumət sürüşkən şkala üzrə müəyyən səviyyədən yuxarı olanın hamısını özünə götürür. Rusiya dövlət büdcəsi indi də ən dramatik şəkildə neftdən asılıdır: gələn il üçün hər barrel 43 $-a yaxın hesablanıb. Prinsipcə, kəsir gözlənilmir, amma qorxuram ki, neft ixracından mədaxilin azalması hətta geriləmə doğursun.

Bu bildirir ki, Rusiya ÜDM-i, ən azı, iki rüb boyunca qətiyyən artmayacaq. İqtisadçılar artıq indi gözləyirlər ki, 2019-da RF iqtisadiyyatı 1%-dən çox artmayacaq, çox güman ki, daha da az olacaq. Bu, 3 faizdən artıq dünya yüksəlişinin gözləntisi fonunda bildirir ki, Rusiya iqtisadiyyatı başqa ölkələrin iqtisadiyyatı ilə müqayisədə artmayacaq, sıxılacaq”.

Nikita Maslennikov, Çağdaş İnkişaf İnstitutunun müşaviri:

"Rublun neft qiymətlərindən asılılığı ciddi zəifləsə də, amma yenə də qalır. Ekspertlərin çoxu bir müddət qabaq deyirdi ki, hər barrelə 50 $ necəsə bir psixoloji həddir. Qiymət 46 $-a doğru gedəndə bir anda Rusiya səhmlərinin çevikliyinə təsir edən klassik birja çaxnaşması meydana çıxdı. Bu sayaq dəyişkənliklər – öncə neft qiymətləri, sonra isə valyuta kursları – "qaynar” pullara rikslərdən yayınmaq xatirinə Rusiya aktivlərindən çıxmaq siqnalı verir. Həm də vergi dövrünün praktik başa çatması kimi daxili texnoloji amil də əlavə olunub.

İndiki durumun nə qədər çəkəcəyini söyləmək çətindir. Düzəlişə sarı reaksiya artıq gedir – Brent əvvəllər 48 $-dan bir az yuxarı qiymətə qalxardı. Ola bilsin, həftənin sonuna 50 $-a və yuxarı qayıdar. Amma hər şey bazarların ABŞ-dakı duruma necə qıcıq verəcəyindən asılı olacaq. Onun indi ən başlıcası şatdaunun (ABŞ-da dövlət idarələrinin işi durdurması nəzərdə tutulur-red.) nə qədər uzanacağı, artıq hamının növbəti istefaçı adlandırdığı maliyyə naziriylə bağlı nə baş verəcəyi və Amerika meydançalarının buna necə cavab verəcəyidir. Hələlik orada əsəbilik yüksəkdir.

Maliyyə dünyasında hər şey bağdaşdır və dünyanın böyük iqtisadiyyatlarından birində hansısa hadisə bəs edər ki, tənəzzül başlansın. Dünya bazarının riskləri duyularcasına çoxalıb və istənilən ehtiyatsız hərəkət, cənab Trampın növbəti tviti durumu kəskin qarışdıra, hər şey dığırlana bilər.

Neft bazarının özünə gəlincə, xəbərlərə görə fikir yürütmək nə qədər mümkündür, danışıq və məsləhətləşmələr tam gücüylə gedir. Vyanada razılığa gəlinən "OPEK+” rejimini işə salmağın gərəkdiyi müzakirə olunur. Ola bilsin, hətta yanvarda "OPEK+” ölkələrinin energetika nazirlərinin bazara neft hasilatının azalmasının artırılması siqnalıyla hansısa əlavə görüşü elan olunsun. Bu, qiymətləri başlanğıc üçün, heç olmasa, 55-60 $ civarında sabitləşdirməyə yardım edər. Sonra hər şey bu sazişin icrasından asılı olacaq.

İndiki əsəbi durum Rusiya ekspertləri üçün gözlənilməz deyil. Rubl kursunun neft qiymətlərindən asılılığı belə qiymət parametrlərində həmişə dəyərli olub. Maliyyə bazarlarının riskləri götürülmür, növbəti ilin başlanğıcına doğru sərtləşir. Bu, rubla əlavə basqı və Rusiya aktivləri üzrə enmə olacaq. Bax, irəlidə bizi belə "yelləncəklər” gözləyir”.

Vasili Koltaşov, Yeni Cəmiyyət İnstitutu siyasi-iqtisadi araşdırmalar Mərkəzinin rəhbəri:

"Bir çox əlamətlərə görə, biz kürəsəl böhranın yeni dalğasına, 2016-cı ildən gözlənilən bazarların böyük enməsinə giririk. Əlbəttə, bu proses qabaqkı kimi karbohidrogenlərin daşınması və qiymətindən çox güclü asılı olan Rusiya iqtisadiyyatına olduqca güclü təsir edəcək. Məhz xammal mallar RF iqtisadiyyatına gəlirlər mədaxilinin əsas qaynağıdır, çünki idxalın əvəzlənməsi də, ixrac edilən mallar xəttinin genişləndirilməsi də hələlik yetərli effekt verməyib. Bir də bu da iqtisadiyyatı qorumazdı, çünki qiymətli kağızlar kursunun düşməsi və neftin enməsi qarşılıqlı bağlıdır və təkcə bizdə belə deyil. Bu, vahid kürəsəl proesdir, görünür, episentri dünya iqitsadiyyatının, birinci növbədə Amerika maliyyə sisteminin maliyyə nüvəsidir.

Hələ bir ay qabaq gözləmək olardı ki, OPEK və maliyyə tənzimləyiciləri mənfi proseslərin qabağını ala və dünya, deməli, Rusiya iqtisadiyyatının çox fəal olmasa da, canlanmasının davamını – bizdə "artım” deyiləni təmin edə bilər. Amma təəssürat yaranır ki, bu gözləntilərə, demək olar, son qoyulub və indi bazarlardakı iflasın ardı gələcək. Biz neft üzrə, rubl üzrə yeni minimumlar görəcəyik. Mübadilə məntəqələrinin tablosu qanun üzrə tam zərurətdən yox olmalıdır, eyni zamanda Mərkəzi Bank əsas tarifi yüksəldərək rublun düşməsini məhdudlaşdırmağa, onsuz da yoxsul dolanan və qiyməıt artımından, sadəcə, şoka düşə biləsi əhali üçün effekti azaltmağa can atır.

Bizi istehsalın, istehlakın, işgüzar və kredit fəallığının düşməsi gözləyir. İşçilərin azad edilməsi mümkündür. Düzdür, əməyə aşağı maaş işsizliyin mümkün artımını məhdudlaşdırır – rubl baha deyil və daha da zəifləyəcək.

Biz dünya təsərrüfatıyla birgə, amma öz özəlliklərimizlə kürəsəl böhrana giririk. Bu, ixracatı genişləndirərək və daxili istehlakçıya çox diqqət yetirmədən iqtisadiyyatın inkişafına nail olacağına ümid edən hökumətin iqtisadi blok planını pozur. Yekunda bu planlar bazarın iflasıyla ilk ciddi zərbə aldı. Aydınlaşır ki, əsas arxa cəbhə – daxili istehlakçıdır, amma o, yoxsuldur və borcla yüklənib (ipoteka kreditləri cari ildə 40% artıb).

Belə durumda yalnız daxili tələbata təkan verməklə uçuntuya qarşı durmaq olar. Amma Dmitri Medvedyevin kabineti kürəsəl böhranın keçmiş dalğalarını əldən qaçırıb və güman etmirəm ki, yeni dalğaya yaxşı hazırlaşıb. Məsələn, hələlik əhalinin vergi yükünü məhdudlaşdımağı bacaran heç bir tədbir səsləndirilməyib”.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}