Saleh Məmmədovun oğlu ilə Ziyyəddin Əliyevin ortaq biznesləri

Saleh Məmmədovun oğlu ilə  Ziyyəddin Əliyevin ortaq biznesləri

 


 

İcra başçısınıAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri ilə hansı tellər birləşdirir?

 



Gündəmin əsas müzakirə mövzularından biri də Çexiyada yaşayan azərbaycanlı jurnalist Cavanşir Həsənlinin Azərbaycan məmurlarının bir sıra Avropaölkələrindəki sərvətləri ilə bağlı üzə çıxardığı məlumatlardır. Jurnalistin araşdırmaları nəticəsində Çexiyada və Avropanın digər ölkələrində sərvətləri üzə çıxan məmurlar arasında isə, hökumət üzvləri ilə yanaşı yerli məmurlar da var. Məsələn, araşdırmalar zamanı Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin Avstriyanın paytaxtı Vyanada Sübhan Məmmədli adlı şəxslə şərikli şirkət açdığı barədə məlumat üzə çıxıb.

Cavanşir Həsənlinin facebook səhifəsində açıqladığı məlumata görə, adıçəkilən şəxslər 22 iyul 2017-ci il tarixdə Vyana ədliyyəsində 30 min avro nizamnamə kapitalı və FN 457017 saylı lisenziya ilə "S.M.A.N Business Solutions GmbH” şirkətini qeydiyyatdan keçiriblər. Hazırda şirkət Kaiser-Ebersdorfer Stra?e 81/1 Wien ünvanında qeydiyyatdadır. Nizamnamə üzrə fəaliyyət dairəsi daşınmaz əmlak, tikinti və ticarət sahələrini əhatə edir. Ziyəddin Əliyev bu şirkətdə Çexiyada sahib olduğu Az-Servis NR s.r.o. üzərindən 51% payla şərikdir. Yəni, Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin Avstriya ilə yanaşı Çexiyada da biznes strukturuna malik olması sənədlər əsasında təsdiqlənib.

Ziyəddin Əliyevin Avropanın iki ölkəsində biznesinin olması haqqında məlumat çox ilginc bir məqamı da üzə çıxarıb. Məlum olub ki, icra başçısının şəriki Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun oğlu, 1997-ci il təvəllüdlü Sübhan Məmmədlidir. Qeyd edək ki, Ziyəddin Əliyev2009-2010-cu illərdə indiki Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sələfi olan "Azəryolservis” ASC-nin "77 saylı Yol İstismarı” MMC-də baş mühəndis, 2010-2013-cü illərdə "Mühəndis Yol Təmir-Tikinti” MMC-də baş mühəndis, 2013-2015-ci illərdə "81 saylı Yol İstismarı” MMC-nin rəisi, 2015-2017-ci illərdə"Bakı 2 №-li Yol İstismarı” MMC-nin direktoru vəzifələrində işləyib. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri olan Saleh Məmmədov isə, 19.02.2015-ci il tarixindən 28.12.2015-ci il tarixinədək "Azəryolservis” ASC-də əvvəlcə sədrin birinci müavini, sonra isə sədrin vəzifəsini müvəqqəti icra edən şəxs olmuşdur. Prezident İlham Əliyevin 28 dekabr 2015-ci il tarixli sərəncamı ilə Saleh Məmmədov "Azəryolservis” ASC-nin sədri təyin edilmişdir. Yəni, Saleh Məmmədov 2015-2017-ci illərdə hazırda Quba rayon icra hakimiyyətinin başçısı olan Ziyəddin Əliyevin birbaşa rəhbəri olmuşdur. İndi isə, Ziyəddin Əliyevin hazırda AAYDA-nın İdarə Heyətinin sədri olan Saleh Məmmədovun 1997-ci il təvəllüdlü oğlu Sübhan Məmmədli ilə Avropada birgə biznesi üzə çıxıb. Bu fakt iki vəzifəli şəxs arasında münasibətlərin yaxın olduğunadiqqət çəkməklə yanaşı, onların fəaliyyətlərinin şəffaf olmadığını da üzə çıxardı. Quba RİH başçısının biznes ortağı olan Sübhan Məmmədli isə, 2015-ci ildən indiyə kimi Londondakı "King's College”də təhsil alır. Britaniyanın ən qədim universitetlərindən biri olan "King's College”də ali təhsilin bakalavr pilləsi üzrə təhsil xərci əcnəbilər üçün illik 19 948 ABŞ dollardır ki, bu da 33 912 Azərbaycan manatı deməkdir. Sübhan Məmmədlinin 2015-ci ildən başlayaraq "King's College”də yalnız təhsil haqqı olaraq ildə 19 948 ABŞ dolları məbləğində ödədiyi pulları haradan aldığı qeyri-müəyyən olduğu halda, 2018-ci ilin dekabrın 13-də Londonda fəaliyyət göstərən SPLENTO LTD şirkətinin hissələrini hansı pullar hesabına alması da qeyri-müəyyəndir. 18 may 2015-ci ildən fotoqrafiya sahəsində fəaliyyət göstərən şirkət (qeydiyyat nömrəsi 09595739) Londonun mərkəzində, "Air Street 20” ünvanında yerləşir.Sübhan Məmmədlinin şəriki isə, 1981-ci il təvəllüdlü Estoniya vətəndaşı Roman Qriqorievdir.

Jurnalist Cavanşir Həsənlinin üzə çıxardığı sənədlərdə Sübhan Məmmədlinin Londonda "Camellia House, Queenstown Road 338” ünvanında daimi qeydiyyatda olduğu göstərilir. Camellia House Londonun ən elit və bahalı yaşayış ünvanlarından hesab olunur. Burda 1 otaqlı apartmanların qiyməti 2 milyon dollardan başlayır ki, bu da 3.4 milyon Azərbaycan manatına bərabərdir. 

Bundan başqa, Sübhan MəmmədliSPLENTO LTD şirkətinin ortağı olandan sonra 2018-ci il dekabrın 11-də yeni sərmayədarın şirkətə ortaqlığı il əlaqədar bəyannamə təqdim olunub. Həmin bəyannamədə SPLENTO LTD şirkətinin kapitalı 1 milyon 131 min 779 funt göstərilir. Ancaq Londonun ən böyük fotoqrafiya şirkətinə sahib olmaqla kifayətlənməyən Sübhan Məmmədli Avropanın materik hissəsində də biznes qurmaq niyyətinə düşüb və atasının keçmiş işçisi, hazırda isə Quba rayon icra hakimiyyətinin başçısı olan Ziyəddin Əliyevlə 22 iyul 2017-ci il tarixdə Vyana ədliyyəsində 30 min avro nizamnamə kapitalı və FN 457017 saylı lisenziya ilə S.M.A.N Business Solutions GmbH şirkətini qeydiyyatdan keçirib.

Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin ƏliyevləAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyyətinin sədri Saleh Məmmədovun oğlu, 1997-ci il təvəllüdlü Sübhan Məmmədlinin Avropadakı bizneslərinin ifşa olunması hakimiyyətin yüksək dairələrində də müzakirə olunub. Həmin müzakirənin nəticəsi ilə bağlı dəqiq məlumat olmasa da, hakimiyyətə yaxın dairələrdən sızan məlumata görə, hər iki məmurun fəaliyyətinin ciddi araşdırma mövzusu olcağı gözlənilir.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev jurnalistin sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun əmlak və biznesi ilə bağlı sualını cavablandırarkən bildirmişdi ki, mediada gedən hər bir məlumat izlənilir və araşdırma aparılır: "Kimin biznes fəaliyyəti ilə bağlı məlumatlar yayılırsa, təhlil olunur. Əgər həmin biznes qanunsuz olarsa, zəruri tədbirlər görülür”. Bu məntiqlə Ziyəddin Əliyevin və Sübhan Məmmədlinin Avropada ifşa olunan biznesləri ilə bağlı da araşdırma aparılmalıdır. Belə bir araşdırmanın aparılıb-aparılmadığını izləməklə yanaşı, ictimaiyyəti narahat edən bəzi suallara da aydınlıq gətirməyə çalışacağıq. Bu istiqamətdə araşdırmalarımız davam etdiriləcək.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Azad Aydın

"Yeni Sözçü"qəzeti

 

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}