Vaqif Mustafayev növbəti dəfə beynəlxalq kino festivalının juri sədri oldu

 

Xalq artisti, kinorejissor Vaqif Mustafayev "Birlikdə qələbə qazandıq” XV Sevastopol Beynəlxalq kinofestivalına mötəbər jürinin sədri kimi dəvət olunub.

Xatırladaq ki, görkəmli həmyerlimiz keçən il də bu festivalda jüriyə sədrlik etmək üçün dəvət olunmuşdu. Lakin gərgin iş qrafikinə görə Vaqif Mustafayev bu təklifi qəbul edə bilməmişdi. Buna baxmayaraq, "Birlikdə qələbə qazandıq” festivalının təşkilatçıları yenidən təkidlə dünya şöhrətli kinorejissorumuzu XV Beynəlxalq kinofestivala jüri sədri kimi dəvət etmişlər. Onu da bildirək ki, dünyanın müxtəlif ölkələrindən cəlb olunan tanınmış kino xadimləri jürinin tərkibinə daxil edimişdir.

Beynəlxalq festival bu il may ayının 12-si başlayaraq və 18 maya qədər davam edəcək.

Sozcu.info 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}