Cahangir Əsgərov yüzminlərlə insanın həyatını niyə təhlükəyə atır? – “Boeing” BİABIRÇILIĞI

Cahangir Əsgərov yüzminlərlə insanın həyatını niyə təhlükəyə atır? – “Boeing” BİABIRÇILIĞI

 

Ötən həftə Efiopiyadan havalanan "Boeing 737 Max 8” tipli təyyarənin qəzaya uğraması və 165 nəfərin ölməsindən sonra dünyanın əksər ölkələri dərhal bu təyyarəni aviaşirkətlərində yasaqladı.

Son 5 ayda iki dəfə qəzaya uğrayan "Boeing 737 Max 8” təyyarəsinin kod sistemində problem olduğuna görə havalandıqdan az sonra yerə düşdüyü müəyyən olunduğu üçün bu tipli təyyarələrdən istifadə dayandırılıb.

Bu təyyarəni hava məkanlarında yasaqlayan ölkələr sırasına ABŞ, İngiltərə, Avstraliya, Çin, Braziliya, Argentina, Malayziya kimi böyük dövlətlərlə yanaşı onlarla kiçik dövlət də qatıldı və dərhal eyni qərarı aldı.

Dünən Türkiyə Hava Yolları Şirkəti də dərhal bu təyyarələri uçuş siyahısından çıxardığını açıqladı.

Avropa İttifaqının Hava Təhlükəsizliyi Agentliyi də adıçəkilən təyyarələrlə bağlı eyni qərarı aldı və Aİ hava sahəsində bu tipli təyyarələrin uçuşunu dayandırdı.

İngiltərənin qərarına əsasən, nəinki bu ölkənin "Boeing 737 Max 8” təyyarələri, hətta başqa ölkələrin də bu tipli təyyarələri Britaniya hava məkanında uçuşa yasaqlandı.

Bəs, bütün dünyanın imtina etdiyi bu təyyarələrlə bağlı AZAL nə düşünür?

AZAL prezidenti Cahangir Əsgərov dünən bu suala cavab verib. O deyib ki, şirkət bu tipli təyyarələri nəinki uçuşa yasaqlamağı düşünür, hətta yaxın üç ildə 10 ədəd yeni "Boeing 737 Max 8” təyyarə alınacaq.

 

Image result for boing 737 max 8

Dünyanın az qala bütün dövlətlərinin insan həyatını önəmsəyib imtina etdiyi bu təyyarələr Azərbaycan hava yollarında istifadəyə davam ediləcək. Yəni AZAL-dan istifadə edən yüzminlərlə azərbaycanlı və xarici vətəndaş ölüm təhlükəsi ilə üz-üzə qalmağa davam edəcək.

Bunun səbəblərini, əlbəttə, C.Əsgərovdan başqası çətin bilə. C.Əsgərovdan isə bu suala cavab almaq imkanımız təəssüf ki, yoxdur. Dünən jurnalistlərə verdiyi açıqlama zamanı da həmkarlarımızdan heç kim bu sualı AZAL prezidentinə verməyib və şirkətin minlərlə insanın həyatını niyə riskə atdığını öyrənməyə çalışmayıb.

Məsələ ilə bağlı bizim də AZAL-dan münasibət öyrənmək cəhdimiz alınmadı. Şirkət telefon zənglərini cavabsız qoydu. /Bakupost/



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}