Əməkdar həkimə qarşı ŞOK İTTİHAM – “Qələndər Canbaxışov 800 manat pul alıb cərrahiyyə əməliyyatı etdi, məni şikəst qoydu”

Əməkdar həkimə qarşı ŞOK İTTİHAM – “Qələndər Canbaxışov 800 manat pul alıb cərrahiyyə əməliyyatı etdi, məni şikəst qoydu”

 

Ucar şəhəri, S.Vurğun küçəsi, ev 21 sakini Əhmədov Hüseyn Canpolad oğlu tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya Bölməsinin rəhbəri Qələndər Canbaxışovdan şikayət edən H.Əhmədov yazır:

 

"Bu şikayətimdə yazıb bildirirəm ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya Bölməsinin rəhbəri Qələndər Canbaxışov pulumu alıb, səhv cərrahiyyə əməliyatı aparıb, məni ömürlük şikəst edib, ziyanlar vurmuşdur.

Belə ki, ayağımda topuğun qamış sümüyü sınmasına görə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya Bölməsinin rəhbəri Qələndər Canbaxışova müraciət etdim. Qələndər həkim məndən 800 manat pul alıb cərrahiyyə əməliyyatı etdi. Amma əməliyyatdan bir neçə gün sonra yeriyən zaman məlum oldu ki, sağ ayağım 5 sm yerə çatmır. Bunun isə Qələndər Canbaxışovun səhv cərrahiyyə əməliyyatı nəticəsində baş verməsi müəyyən olundu. Qələndər həkim mənə məsləhət gördü ki, sən intensiv masaj terapeyası keçməlisən ki, ayağındakı şikəstlik düzəlsin.

Bundan sonra mən inanıb, həmin xəstəxanada günü 20 manata 1 ay masaj olundum, ancaq heç bir faydası olmadı. Bu xəstəxanada Qələndər həkimin rəhbərliyi ilə məni soydular. Cərrahiyyə əməliyyatına 800 manat, ayağımdan şurub çıxarılması üçün 200 manat, sarğı açıb-bağlamaq üçün hər gün 20 manat və sairə xərclərlə məni borca salsalar da, sağalmamağım mənə iki qat ziyan vurdu.

Həmin pulu borc alıb Qələndər həkimə vermişəm. Atam və anam xəstəliyə görə 1-ci qrup əlildirlər, himayəmdə 4 azyaşlı uşağım var. İndi ayağımda həkim səhlənkarlığına, səriştəsizliyinə görə yaranmış şikəstlik məni çox narahat edir. Qeyd edim ki, Qələndər Canbaxışov əməkdar həkim, professor, tibb elmləri doktorudur. Ancaq bu adların heç biri bu səriştəsiz, savadsız adama layiq deyil. Bu adama "tibb elmlərinin bəlası” adı verilsə düzgün olar. Belə korrupsiyaya qurşanmış savadsız, səhlənkar və səriştəsiz həkimlərin yeri əslində zindan olmalıdır. Çünki onlar öz maddi maraqlarına görə insanları məhv və şikəst edirlər.

Bu həkimin mənə vurduğu ziyanın məbləği küllü miqdardadır. Çünki ayağımdakı şikəstliyin düzəlməsi üçün Türkiyədə cərrahiyyə əməliyyatı olunmalıyam ki, buna mənim maddi imkanım yoxdur. Mən çəkdiyim xərci həkim Qələndər Canbaxışovdan qaytarmasını istəsəm də, mənə rədd cavabı verdi. Dedi ki, xoşun gəlmir get şikayət et. Diqqət edin ki, bu saxtakar həkim ona yaraşmayan saxta titullarına görə çox arxayındır deyə, vətəndaşı şikəst etdiyi azmış, hələ ona minnət də qoyur. Buna isə cəzasızlıqdan azğınlaşma deyilir.

Mən Prezident cənab İlham Əliyevə müraciət edib, xahiş edirəm, səriştəsizliyinə, savadsızlığına görə məni şikəst etdiyi üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya Bölməsinin rəhbəri Qələndər Canbaxışovun barəsində ciddi tədbirlər görəsiniz, məndən aldığı pulun özümə qaytarılmasına köməklik göstərəsiniz”.


Redaksiyadan: Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya Bölməsinin rəhbəri Qələndər Canbaxışovun mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}