Sarkisyanın Qarabağla bağlı güzəşt aşıqlaması... - Eekspert şərh etdi

"Ermənistan prezidenti Serj Sarkisyanın güzəştə gedə biləcəyi ilə bağlı açıqlaması erməni-rus hiyləsi də ola bilər. Ona görə hələ tələsməyək”. 

Bunu politoloq Elxan Şahinoğlu Ermənistan prezidenti Serj Sarkisyanın "Qarabağ məsələsində güzəştə hazırıq” açıqlamasını şərh edərkən deyib. 

E.Şahinoğlunun fikrincə, bu Serj Sarkisyanın Azərbaycan tərəfini rahatladaraq vaxt udmaq istəyi ilə də bağlı ola bilər: "Ona görə də tələsməyək və Sarkisyanın "güzəştə hazırıq" ifadəsinin geniş izahını gözləyək. Bütün hallarda Ermənistan hakimiyyəti qarşısında real güc görməyənə qədər danışıqlarla güzəştə getməyəcək. Mənim beynəlxalq təşkilatların xətti ilə 1999-cu ildə İrəvanda Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və indiki prezident Serj Sarkisyana verdiyim suallardan əsəbiləşərək, hər ikisi sərt şəkildə demişdilər ki, "biz vuruşub həmin torpaqları almışıq, elə-belə qaytara bilmərik". Biz də "elə-belə" istəmədik”.

Xatırladaq ki, Sarkisyan səfirlər qarşısında çıxışında bildirib ki, ATƏT Azərbaycanı 1994-cü il atəşkəs razılaşmasının şərtlərinə hörmətlə yanaşmağa məcbur etməlidir. O, iddia edib ki, Bakı atəşkəs rejimini pozur. Budur, növbəti erməni bicliyi! Dünyanı çaşdırmaq! Söhbət kompromissdən yox, işğal olunan Azərbaycan torpaqlarını boşaltmaqdan getməlidir!”



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}