Ramil Usubov yeni rəis təyin etdi

Ramil Usubov yeni rəis təyin etdi

 

Daxili İşlər Nazirliyinin Maliyyə-plan idarəsinə rəis təyin edilib.

Sozcu.info  xəbər verir ki, bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Ramil Baloğlanov təyinat alıb.

O, bundan əvvəl Maliyyə-plan idarəsinin rəis müavini vəzifəsində çalışıb.

İdarədən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət əvvəl Ramil Usubovun əmrinə əsasən, DİN-in Maliyyə-plan idarəsinin rəisi, polis polkovniki Səxavəddin Abdullayev təqaüdə göndərilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}