Göyçayın icra başçısından prezidentə şikayət - "Bir il keçməsinə baxmayaraq..." - FOTOLAR

Göyçayın icra başçısından prezidentə şikayət - "Bir il keçməsinə baxmayaraq..." - FOTOLAR

 

"Bizim yaşadığımız Nizami küçəsi, dalan 20-nin yolu çox bərbad gündədir ki, burada nəinki piyada, hətta avtomobillər belə çətinliklə hərəkət edir”

Göyçay şəhəri, Nizami küçəsi, dalan 20-də yaşayan sakinlər tərəfindən Sozcu.info in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediən şikayətçilər yazırlar:

"Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edərək xahiş edirik ki, bizim şikayətimizə özləri baxsınlar, tədbir görsünlər. Çünki Göyçay rayon icra başçısı Mehdi Səlimzadə vətəndaşların heç bir problemini həll etmək istəmir. Onun yarıtmaz fəaliyyəti nəticəsində Göyçay günü-gündən bərbad vəziyyətə düşür. Bu adamın fəaliyyəti sıfra bərabərdir.

Bizim yaşadığımız Nizami küçəsi, dalan 20-nin yolu çox bərbad gündədir ki, burada nəinki piyada, hətta avtomobillər belə çətinliklə hərəkət edir. Küçənin yolu tamamilə dağılıb deyə yağış suları, palçıq əlindən sakinlər hərəkət edə bilmir. Azyaşlı uşaqlar məktəbə gedəndə çətinlik çəkirlər. Yağış yağanda su küçəni basdığı üçün tamamilə hərəkət dayanır. Belə olanda uşaqlar məktəbə gedə bilmir.

Nizami küçəsi dalan 20-də 35 ailə yaşayır. Küçəyə yeni asfalt çəkilməsi üçün dəfələrlə icra başçısı Mehdi Səlimzadəyə ərizələrlə müraciət etmişik, qəbulunda olmuşuq. Hər dəfə problem həll olacaq deyə-deyə bizi aldadır. Bir neçə dəfə bizə cavab məktubu göndərib, ancaq onu qeyd edir ki, "Göyçay rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi üzrə nümayəndəliyinin verdiyi rəyə əsasən, şəhər ərazisində aparılan abadlıq işləri mərhələli şəkildə aparılır. Həmçinin yaşadığınız dalana yeni asfalt örtüyünün vurulması yaxın zamanlarda nəzərdə tutulur".

Diqqət edin ki, icra başçısı biz sakinləri necə aldadır. Çünki bu cavab məktubunu bizə 2018-ci ilin mart ayı tarixində göndərib, yaxın zamanlarda küçəyə asfalt vurulacağını qeyd edir. Artıq üstündən bir il müddət keçməsinə baxmayaraq, icra başçısı Mehdi Səlimzadənin "yaxın zamanı” hələ gəlib çatmayıb.

Həmçinin Nizami küçəsi dalan 20 də yerləşən fəaliyyəti olmayan köhnə idarənin həyətini zibilxana ediblər ki, buna görə ətrafı antisanitariya bürüyüb.

Mehdi Səlimzadənin Göyçaya biganə yanaşmasını başa düşürük, çünki bura onun ana vətəni deyil, o bu rayona ticarət obyekti kimi baxır.

Biz mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirik. Xahiş edirik ki, Göyçay şəhəri, Nizami küçəsi, dalan 20-nin yoluna asfalt çəkilməsinə köməklik göstərəsiniz, küçənin ortasında olan zibilxana poliqonunun tamamilə təmizlənməsinə göstəriş verəsiniz..

Biz Prezident İlham Əliyevə və Mehriban xanıma inanırıq. İnanırıq ki, bizim bu problemin həll edilməsinə göstəriş verəcəksiniz”.

Qeyd edək ki, məktuba aşağıda adları qeyd olunan sakinlər imza atıb:

1.Məmmədova Firuzə Məhiyyəddin qızı;

2.Ələkbərov Elşad Vidadi oğlu Əlaqə telefonu;

3.Rüstəmova Sürəya Hüseyn qızı;

4.Həsənova Dilarə Ramazan qızı;

5.Həsənova Sonabəyim Əliyusif qızı;

6.Namazov Fərhad İlyas oğlu Əlaqə telefonu;

7.Həsənov Ramin Zakir oğlu;

8.Namazov Elşad Fizuli oğlu Əlaqə telefonu;

9.Müslümova Səadət Rizavan qızı;

10.Heydərov Ehtiram Əli oğlu;

11.Namazova Təranə Əhməd qızı;

12.Rüstəmov Bəhruz Mirzəqulu oğlu;

13.Rüstəmov Kamil Mirzəqulu oğlu;

14.Müslümov Bünyad Müslüm oğlu və digərləri.

KƏNAN, Hurriyyet.org

Redaksiyadan. Mövzu ilə bağlı icra başçısı Mehdi Səlimzadənin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}