Qorxmaz Hüseynov sakinləri su üzünə həsrət qoyub - "Azərsu" ASC-nin göstərdiyi xidməti nəinki yaxşı, heç kafi belə, qiymətləndirmək olmaz

Qorxmaz Hüseynov sakinləri su üzünə həsrət qoyub - "Azərsu" ASC-nin göstərdiyi xidməti nəinki yaxşı, heç kafi belə, qiymətləndirmək olmaz

 

"Qurumun "Qaynar xətt"indən "filan ərazidə təmir gedir" gedib bizi yola verirlər"

Son zamanlar ölkədə, əsasən də paytaxt Bakıda əhalinin bir qismi içməli su sapıdan ciddi əziyyət çəkir. Şübhəsiz ki, bunun məsuliyyəti birbaşa "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynovun üzərinə düşür. Çünki məhz onun rəhbərlik etdiyi qurum əhalini su ilə normal şəkildə, yəni fasiləsiz təmin etməlidir. Lakin görünən odur ki, adıçəkilən "Azərsu" üzərinə düşən işi lazımı səviyyədə icra etməkdə çətinlik çəkir. Yaxud da müəyyən səbəblər üzündən bunda maraqlı deyil.

Qeyd edək ki, aparılan araşdırmalara görə, Azərbaycanın yürüstü su ehtiyatı orta illik 32,3 milyard kubmetrdir. Bu isə onu deməyə əsasə verir ki, ölkəmiz ərazisinin hər kvadratkilometrinə və əhalinin hər nəfərinə düşən yürüstü su ehtiyatları göstəricisinə görə Cənubi Qafqaz dövlətləri, həmçinin şimal qonşumuz Rusiyadan geridə qalır. Məhz bu faktı qabardan və bu yolla özünü sığortalamağa çalışan "Azərsu" yetkililəri ölkədə su çatışmazlığını mövcud su ehtiyatlarından rasional istifadə edilməməsi ilə izah etməyə çalışırlar. Belə ki, Bakının su təsərrüfatı, infrastrukturunun 1,3-1,7 milyon insan üçün nəzərdə tutulduğunu önə çəkən ASC hazırda paytaxt sakinlərinin sayının 2 dəfə artdığını vurğulamaqla əslində bir növ buraxdığı nöqsanlara bəraət qazanmağa cəhd göstərir. Belə çıxır ki, əgər Bakı sakinlərinin sayı 1,3 və 1,7 milyon nəfər olarsa, o zaman Qorxmaz Hüseynovun sədri olduğu "Azərsu" əhaliyə daha yaxşı xidmət göstərə bilər. Ancaq bu, ağlabatan versiya deyil. Ona görə ki, bir müddət öncə adıçəkilən qurum xidmət göstərdiyi abunəçilərin sayını açıqlayıb. Belə ki, 1 avqust 2018-ci il tarixə olan məlumata əsasən, "Azərsu" ASC ölkə üzrə 1434738 abunəçiyə su təchizatı və kanalizasiya xidməti göstərir. Məhz həmin məlumatda qeyd olunur ki, istehlakçıların 1377702-i əhali, 57036-ı isə qeyri-əhali abunəçiləridir. Gördüyünüz kimi, hazırda "Azərsu" 1434738 abunəçiyə xidmət götərir. Lakin buna baxmayaraq, göstərilən xidməti yaxşı yox, heç kafi belə, qiymətləndirmək olmaz. Çünki hələ də paytaxtın su sarıdan əziyyət çəkən qəsəbələri var və onların problemləri yay aylarında daha şiddətli fazaya qədəm qoyur. Misal kimi, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsini göstərmək olar.

"Pik saatlarda, yəni insanların evdə olduğu vaxtlarda ümumiyyətlə, su verilmir"

ÐŸÐ¾Ñ Ð¾Ð¶ÐµÐµ изображение

Belə ki, Yeni Günəşli sakinlərinin sözlərinə görə, ötən ilin yay aylarından etibarən qəsəbənin bir çox küçələri, əsasən də S.Cəfərov küçəsinə verilən suyun təzyiqi olduqca zəifdir: "Keçən il az qala bir ay müddətinə su üzünə həsrət qalmışdıq. O zaman dedilər ki, su xətlərini yeniləyirlər və yenilənmədən sonra problem aradaq qalxacaq. Lakin bunun tam tərsinin şahidi olduq. Belə ki, həmin dövrə qədər mənzilimizə verilən suyun təzyiqi normal idi. Ancaq su xətlərinə nə etdilərsə, artıq suyun təzyiqi "Ariston"u belə, yandırmır, olduqca aşağı təzyiqdə su verilir. Hələ bu, harasıdır. "Azərsu" iddia edir ki, guya Yeni Günəşliyə 24 saat fasiləsiz rejimdə içməli su verilir. Halbuki bu, ağ yalandır. Təxminən, 2 aydır ki, qəsəbəmizə, əsasən də S.Cəfərov küçəsinə içməli su uzun intervalla verilir, özü də aşağı təzyiqlə. Qeyd edim ki, pik saatlarda, yəni insanların evdə olduğu vaxtlarda ümumiyyətlə, su verilmir". Sakinlər bildirirlər ki, təxminən il yarım öncə "Azərsu"nun göstərişinə əsasən 105 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları artıq qəsəbəyə fasiləsiz suyun veriləcəyini bəyan edərək, yaşayış binalarının damında quraşdırılmış su çənlərini ləğv ediblər: "Onda dedilər ki, su çənlərini yığışdırın, artıq 24 saat suyunuz olacaq. Odur ki, əhali bununla razılaşmaq məcburiyyətində qaldı. Ümid edirdik ki, söz verdikləri kimi, fasiləsiz suyumuz olacaq. Lakin su çənlərini ləğv etdikdən sonra qara günlərimiz başladı. Əvvəl heç olmasa su verilmədikdə çəndən istifadə edirdik. İndi isə nə çən var, nə də fasiləsiz su verirlər. "Azərsu"yun "Qaynar xətt"inə isə düşmək mümkün deyil. Əgər bəxtiniz gətirib telefona cavab verdikdə, hər dəfəsində filan ərazidə təmir gedir gedib bizi yola verirlər".

Heç şübhəsiz ki, Qorxmaz Hüseynov özü də bu kimi məqamlardan məlumatlıdır. Ancaq nədənsə hələ də istehlakçıların narahatçılığına səbəb olan nöqsanların aradan qaldırılması istiqamətində ciddi əməli tədbir gözə dəymir. Yox, əgər həqiqətən də hansısa işlər görülübsə və həmin işlərdən sonra əhalinin su problemi həll olunubsa, o zaman Yeni Günəşli sakinləri nədən fasiləsiz içməli su ilə təmin olunmayıblar?!

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}