Qazaxıstanda məktəblərdə "Nazarbayevin tədqiqatları" dərsliyinin tədrisi təklif olunur

 


Qazaxıstan Respublikasının təhsil müəssələrində yeni bir predmetin, "Nazarbaevin tədiqatları” dərsliyinin tədrisi təklif  olunur. Cənubi Qazaxıstanda nəşir olunan regional ictimai-siyasi qəzetin verdiyi məlumata görə,  yeni  dərsliyin ideya müəllifi və bu dərsliyi hazırlamağı öhtəsinə götürən  Çimkənd Universitetinin professoru, iqtisadi elimlər namizədi Nurali Utkelbayevdir. Professorun bu təklifinə Respublika  Elim və Təhsil Nazirliyindən  müsbət cavab verilmişdir. İdeya müəllifi, hesab edirdi ki, bu günə qədər Qazaxstan Respublikasının birinci prezidenti, milli lider  Nursultan Nazarbayevin yazdığı - çıxışların, məruzələrın, xalqa müraciətlərin, müsahibələrin, elmi və sosioloji məqalələrin, aktual məsələlər üzrə kitablarının  sayı  100 keçmişdir.  Utkelbayevin  fikrincə, bütün bu kitablar  yeni müstəqil dövlətin formalaşmasının və inkişafının siyasi, iqtisadi, ictimai-sosioloji, tarixi aspektlərini əhatə edir. Bəzi hallarda Milli liderin bu kitablardakı fikirləri, dünyavi  planetar xarakter daşıyır.  Müəllif etiraf edir ki,  təklif olunan kursun bölmələrinin və fəsillərinin müəyyən edilməsi asan deyildir.  Bunun üçün kollektiv ağıl tələb olunur.  Nümunəvi bir kurs proqramı hazırlamaq üçün bu layihənin ictimaiyyətdə müzakirə olunması daha dəyərli olardı.  İctimai müzakirədən sonar isə  yüksək səviyyəli  elim xadimləri tərəfindən dərslik və dərslik təlimatlarını hazırlamaq olar.  Çimkənd  Universitetinin professorunun fikrincə bu məsuliyyətli elmi-pedaqoji işin başında  ancaq Qazaxıstan Respublikasının Elim və Təhsil Nazirliyi durmalıdır.

 Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}