FETÖ-da qadınlara nə edirdilər? - Məxfi ifadə

FETÖ-da qadınlara nə edirdilər? - Məxfi ifadə

Ankara Respublika Prokurorluğunda hazırlanan iddianamədə təşkilatda "bacı” adlandırılan qadınların, ən azı, kişilər qədər aktiv olduğu yazılıb:

"Bacılar” qız tələbələrin ailələri ilə görüşüb, onlara övladlarını pis vərdişlərdən uzaq tutmağı və yaxşı təhsil verməyi vəd edir. Beləcə, qızlar təşkilatın evlərində yaşamağa başlayır. Burada onlara Fətullah Gülənin videoları izlətdirilir. FETÖ-dən ayrılmaq istəyən qızlar haqqında şayiələr yayır, onun "pis qız” olması ilə bağlı təəssürat yaradırlar. "Bacılar” təşkilatdakı qızları evləndirərək, onların təşkilatdan çıxmasının qarşısını alırlar”.

Bir müddət FETÖ-də fəaliyyət göstərən və adının gizli saxlanılmasını istəyən bir müəllimə ona verilən tapşırıqlardan danışıb:

"Mənə dedilər ki, heç bir halda kişi ilə yaxın münasibətdə olmamalı, makyaj etməməliyəm. Tələbələrim MİT, TSK və təhlükəsizlik əməkdaşlarının övladları idi. Bəhanə ilə həmin tələbələrin evlərinə gedib, valideynləri haqda məlumat toplayırdım. Onlarla dünyagörüşləri, varidatları ilə bağlı söhbət edirdim, səslərini yazıb "bacı”lardan birinə göndərirdim”



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}