18-04-2024, 19:45
1-04-2024, 15:01
16-03-2024, 14:33
14-03-2024, 23:00
11-03-2024, 15:40
Rusiyada jurnalist və bloger kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşı Fuad Abbasov mayın 16-da saxlanılıb. Sozcu.info xəbər verir ki, bu barədə REAL-a F. Abbasovun vəkili Elman Paşayev məlumat verdi.
Vəkil bildirdi ki, Moskva şəhər Məhkəməsi Federal Təhlükəsizlik Xidmətinin iddiası əsasında Fuad Abbasovun Rusiyada müvəqqəti yaşamaq üçün olan icazəsini ləğv edib: "Fuadın Rusiyada yaşamaq barədə icazəsinin ləğv edilməsindən xəbəri olmayıb. Mayın 16-da o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb".