Əbülfəs Qarayev “Eurovision"da Azərbaycan xəritəsinin təhrif olunmasına münasibət bildirdi

Əbülfəs Qarayev “Eurovision"da Azərbaycan xəritəsinin təhrif olunmasına münasibət bildirdi

 

"Azərbaycan xəritəsi hər bir yerdə bütövlükdə verilməlidir”.

Sozcu.info xəbər verir kiə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev "Eurovision-2019" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilməməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, bu məsələ İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə birlikdə araşdırılacaq: ""Eurovision” müsabiqəsinin bünövrəsində televiziyalar durur. Biz bu məsələni İctimai Televiziyanın rəhbərliyi ilə aydınlaşdıracağıq. Bundan sonra təşkilatçılara müvafiq tapşırıqlar verilməlidir. Bu, yolverilməzdir və biz hər zaman bu kimi məsələlərə nəzarət edirik. Azərbaycan xəritəsi bütövlükdə verilməlidir. Hətta bəzən "google maps”də bu kimi hallara yol verilib və biz onun qarşısını almışıq”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}