SAKİNLƏR İCRA BAŞÇISINDAN NARAZIDIR - “Qarabağı ermənilər, Zərdabı isə Lütvəli Babayev işğal edib”

SAKİNLƏR İCRA BAŞÇISINDAN NARAZIDIR - “Qarabağı ermənilər, Zərdabı isə Lütvəli Babayev işğal edib”

 

Zərdab rayonunun bir qrup sakini tərəfindən Sozcu.info in redaksiyasına şikayət məktubu daxil olub. İcra başçısı Lütvəli Babayevin ünvanına bir sıra ittihamlar irəlis ürülən məktubda vurğulanır:

"Bu gün hər bir vicdanlı zərdablının arzusu Lütvəli Babayevin icra başçısı vəzifəsindən çıxarılmasıdır. Bəlkə də Azərbaycanın heç bir rayonunda belə idarəetmə yoxdur.

Uzun illərdir zərdablılar Lütvəli Babayevin nə vaxt işdən çıxarılacağını səbrsizliklə gözləyirlər. Lütvəli Babayev düz 12 ildir ki, Zərdabın icra başçısı vəzifəsindədir. Əvvəlki vəziyyətlə indiki vəziyyəti müqayisə edən də rayonun hansı şəkildə bərbad vəziyyətə düşdüyünü aydın görmək olur.

Bütün idarə, müəssisə işçilərinin əmək haqqından hər ay pul tutulub, Lütvəli Babayevə verilir. Hər bir məktəbdən ayda 1000 manat pul yığılır. Hər bir müəllim maaşından direktora verir ki, gözü doymayan Lütvəli Babayevə verilsin.

"DOST” MMC-nin xətti ilə rayon sakinlərinin adı işə yazdırılıb, maaş kartlarının çox hissəsini Lütvəli Babayev cibinə qoyub. Şəhərin mərkəzini zibilliklər basıb, kanalizasiya sistemi tam bərbad, mərkəzi küçə yolları istifadəyə yararsız halda, bazarda, küçələrdə antisanitariya hökm sürür. Ümumiyyətlə Lütvəli Babayev digər rayonların icra başçıları ilə müqayisə edilməz dərəcədə rüşvətxordur. Abadlıq-quruculuq işlərinə görə Zərdab rayonu digər rayonlarla müqayisə olunası deyil. Camaat qan ağlayır.

Lütvəli Babayevin psixoloji probleminin və tam savadsız olmasını nəinki bütün zərdablılar, hətta bütün Azərbaycan əhalisi bilir. Onun kənd yolu ilə gələn zaman özgəsinin hind quşlarını oğurlaması, yığıncaqda Qarabağa aid məlum savadsız sərsəm çıxışını (youtubda var), aprel şəhidinin ailəsinə verilmiş 500 manat pulu onların əlindən almasını, vətəndaşların mülkiyyətini başqa imkanlı şəxslərə saxta sənədlərlə satmasını, qəbul zamanı vətəndaşlarla kobud rəftar edib onları ələ salmasını ölkə mətbuatında hamı oxuyub.

Diqqət edin, bu adam necə özünə arxayındır ki, yığıncaqların birində deyib ki, "razılıq alınıb, yaxın gönlərdə qonşu Ucar rayonuna icra başçısı vəzifəsinə təyin olunacam, ancaq buna baxmayaraq Zərdabı da mən idarə edəcəm”.

Biz zərdablılar çox narahatıq ki, Qarabağı ermənilər, Zərdabı isə Lütvəli Babayev işğal edib, rayonu yaman günə qoyub. İnsanlar onun əlindən beziblər.

Bu adamın nə savadı, nə də davranışı rəhbər vəzifədə olmağa yol vermir. İnsanların nifrətini qazanmış Lütvəli Babyevin korrupsiya cinayətləri baş alıb gedir. Bu gün ən vacib məsələ bu adamın korrupsiya əməllərinin araşdırılması və barəsində ciddi tədbirlərin görülməsidir. Biz zərdablılar inanırıq ki, prezident cənab İlham Əliyev yaranmış bu xoşagəlməz vəziyyəti özü şəxsən araşdırıb insanlara zülm verən, talançılıqla məşğul olan, psixoloji poblemi olan və savadı olmayan Lütvəli Babayevin barəsidnə ciddi tədbirlər görəcək.

İmza; Zərdab rayon sakinləri

Abdullayev Rasim Tapdıq oğlu

Əliyev Famil Ağayusif oğlu

Ağayeva Səmayə Xalis qızı

Qəhrəmanova Fatma Kamal qızı

Səmədov Ramil Fəyyaz oğlu

Quliyev Bəturə Osman qızı

Babayeva Güllü Ağamusa qızı

Dadaşov Bəxtiyar Zeynal oğlu

Talıbova Təhminə Nəriman qızı

Musayev Əli Mövsüm oğlu”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}