Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevə yeni status --"Fəxri senator" verilir.

Qazaxıstanın birinci  Prezidenti Nursultan Nazarbayevə yeni status --"Fəxri senator" verilir.

 

Qazaxıstan Respublikasının  parlamentinin yuxarı palatasının mətbuat xidmətindən verilən  məlumata görə  Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevə yeni status — "Fəxri senator" veriləcək. Bu məsələ parlamentin yuxarı palatasının sədri Dariqa Nazarbayevanın  sədrliyi ilə Senatın Büro iclasında nəzərdən keçirib. "Fəxri senator "statusu Qazaxıstan Respublikasının demokratik, dünyəvi, hüquqi və sosial dövlət kimi konstitusiya — hüquqi əsaslarının formalaşmasına, habelə milli parlamentarizmin təşəkkülünə və inkişafına verdiyi görkəmli töhfələrə  görə Qazaxıstan Respublikasının ilk prezidenti Elbası tərəfindən verilir". Bu təşəbübüsün müəllifi Qazaxstanın  hazırkı dövlət başçısı Qasım-Jomart Tokayevdir. Onuda qeyd etmək lazımdır ki,  May ayının  24-də  Türkiyə Respublikasının  Prezidenti Rəcəb Tayyib Ərdağanın  təklifi ilə Nursultan Nazarbayevə  "türk dünyası ölkələrinin inkişafına verdiyi mühüm töhfələrə görə" Türk Dilli  Dövlətlər  Şurasının ömürlük fəxri sədri statusu verilib. Bu gün isə Russiya Federasiyasının prezidenti Vladimir Putinin təklifi ilə Nursultan Nazarbayev Avroasiya Ali İqtisadi Şuranın fəxri sədri olub.  Mart ayının  20-də isə Nursultan Nazarbayev Qazaxstanın hazırkı dövlət başçısı Qasım-Jomart Tokayev ilk qərarı ilə  Qazaxıstanın "Xalq qəhrəmanı” olubdur.

  A.Məmmədli.

"Yeni Sözçü"qəzeti 




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}