Məşhur azərbaycanlı heykəltəraş Vaqif Rəhimovun əl işləri Nur-Sultanda nümayiş etdirilir. (Fotolar)

    

Məşhur azərbaycanlı heykəltəraş Vaqif Rəhimovun əl işləri Nur-Sultanda nümayiş etdirilir. (Fotolar)

 

 Qazaxstanın paytaxtı Nur-Sultanda, Qazaxstanın rəssamlar ittifaqının üzvü, Qazaxıstanın əməkdar incəsənət xadimi, Qazaxstanın əməkdar rəssamı, Kanada heykəltəraşlar Cəmiyyətinin üzvü millətcə azərbaycanlı heykəltəraş Vaqif Rəhmanovun  fərdi sərgisi açılıb. Müasir dövrün məşhur heykəltəraşı Vaqif Rəhmanovun əsərləri ikinci dəfədir ki, Qazaxstanın paytaxtı Nur-Sultanda nümayiş etdirilir. Sərgidə təqdim olunan  eksponatlar demək olar ki, bütün dünyanı gəzərək, ən məşhur müzeylərdə və sərgi salonlarında nümayiş olunmuşdur.Açılış mərasimində Qazaxıstan xalqları Assambleyasının nümayəndələri, Azərbaycan Respublikasının  Qazaxstandakı səfiri və səfirliyin əməkdaçları, paytaxtda fəaliyyət göstərən "Xəzər” Azərbaycan Etnomədəni Mərkəzinin rəhbəri və üzvləri iştirak etmişlər. Vaqif Rəhmanovun hər bir işi şüşədə, daşda və tuncda donmuş musiqidir. Müəllif öz heykəllərində analıq, qadınlıq, sevgi, özü də təkcə insanlara deyil, heyvanlara da aid olan mövzuları çox dəqiq şəkildə ortaya qoyur. Usta qeyri-adi texnikada işləyir, onun köməyi ilə, materiallar sanki bir-birinə axıdılır, bütöv kompozisiya hissi yaradır.  Vaqif Rəhmanov müasir incəsənətin müxtəlif istiqamətlərini özündə birləşdirən yeni birgə əsər sərgisi təqdim edir. Bu, bir növ, "ziddiyyətlərin Birliyi və mübarizəsi"fəlsəfi postulatının təqdimatıdır. Ustanın işləri müəllif texnikasında yerinə yetirilmişdir, harada materiallar – tunc, şüşə, daş, sanki bir-birinə axıdılır, bütöv kompozisiya hissi yaradır. Hər bir işin ideyası təkrarolunmazdır və eyni zamanda, cansız heykəllərin birmənalı şəkildə canlı olması. Vaqif Rəhmanovun hər bir işi şüşədə, daşda və tuncda donmuş musiqidir. Onuda qeyd etmək lazımdır ki, heykəltəraş Vaqif Rəhmanov, 1940-cı ildə Bakı şəhərində anadan olmuşdur. Moskvada Surikov Rəssamlıq İnstitutunu bitirdikdən sonar, 1965-ci ildən Almatıda yaşayır. Onun parlaq yaradıcılıq yolu məhz bu dövrdən başlayır. O, öz təkrarolunmaz üslubu ilə heykəltəraş kimi bütün dünyaya özünü bəyan edir. Rəssam həm Qazaxıstanda, həm də xaricdə təsviri incəsənət həvəskarlarına məlumdur. Heykəltəraş Kanadada bir çox sərgiləri keçirmiş və vaxtilə yaşamış və işləmişdir. Vaqif Rəhmanovun 1964-cü ildən 2019-cu ilə qədər Qazaxıstanın və xarici dövlətlərin ən möhtəşəm sərgi salonlarında 150-dən çox  fərdi sərgisi təşkil olunmuşdur.

  A.Məmmədli.

 "Yeni sözcü”

 

Məşhur azərbaycanlı heykəltəraş Vaqif Rəhimovun əl işləri Nur-Sultanda nümayiş etdirilir. (Fotolar)

Məşhur azərbaycanlı heykəltəraş Vaqif Rəhimovun əl işləri Nur-Sultanda nümayiş etdirilir. (Fotolar)

Məşhur azərbaycanlı heykəltəraş Vaqif Rəhimovun əl işləri Nur-Sultanda nümayiş etdirilir. (Fotolar)

Məşhur azərbaycanlı heykəltəraş Vaqif Rəhimovun əl işləri Nur-Sultanda nümayiş etdirilir. (Fotolar)

 


 


 


 


 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}