Heydər Əliyev Mərkəzi ilə Qazaxstanın birinci Prezidentinin Kitabxanası arasında əməkdaşlıq memorandumu imzalanıb

   Heydər Əliyev Mərkəzi ilə Qazaxstanın birinci Prezidentinin Kitabxanası  arasında əməkdaşlıq memorandumu imzalanıb


 

   Bu günlər Bakıda Heydər Əliyev Mərkəzi ilə Qazaxıstanın Birinci Prezidentinin Kitabxanası arasında əməkdaşlıq memorandumu imzalanıb. Belə bir sənədin imzalanmasında əsas məqsəd Azərbaycanın tanınmış dövlət xadimi, Uluöndər  Heydər Əliyevin və Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayevin ideyalarının və təşəbbüslərinin irəli sürülməsi, həmçinin gənclər siyasəti və birgə layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlıqdır.  Bununla yanaşı tərəflər iki xalqın mədəniyyətinin və milli dəyərlərinin populyarlaşdırılmasına yönələn konfranslar, sərgilər və görüşlər keçirməyi planlaşdırırlar. Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr Departamentinin rəisi Soltan Məmmədov , bu ildən başlayaraq Azərbaycanda, Qazaxıstanda, eləcə də xaricdə Qazaxıstanın Birinci Prezidenti Fondu və Qazaxıstanın Birinci Prezidentinin Kitabxanası ilə birgə iki liderin irsinin təbliğinə dair tədbirlərin keçirilməsinn planlaşdırıldığını bildirdi.  O həmçinin imzalanmış sənədin birgə mədəni, sosial, təhsil layihələrinin uğurla həyata keçirilməsinə imkan yaradacağını qeyd etdi. Qazaxstan tərəfindən Əməkdaşlıq memorandumunu imzalayan  Elbası Kitabxanasının direktoru Amirxan Rəhimcanov  isə, gələcəkdə təşkil olunacaq konfranslar, görüşlər Qazaxstan Respublikasının ilk Prezidentinin ideyalarını və təşəbbüslərini bütövlükdə beynəlxalq cəmiyyətdə göstərməyə imkan verəcəyini qeyd etdi. Onun fikrincə  gələcəkdə təşkil olunacaq  birgə tədbirlər ikitərəfli əlaqələrin inkişaf üçün daha yaxşı nəticə verəcəkdir.

 

    A.Məmmədli.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}