Təhsil Nazirliyi rəsmisi:" ...Biz bundan narahatıq"

Təhsil Nazirliyi rəsmisi:" ...Biz bundan narahatıq"

 

"Xaricdə təhsil almağa gedənlərin hansı vasitə ilə universitetə qəbul olmağı bizi maraqlandırmır. O universitetin daxili işidir. İstər atestatla, istərsə də imtahanla qəbul etsin". 

Bu sözləri Qaynarinfo.Az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.

Cəsarət Valehov bildirib ki, verdikləri açıqlamanın əsl səbəbi başqadır: "Burdakı şirkətlər bizim adımızdan istifadə edir. Biz bundan narahatıq". 

Nazirlik rəsmisi qeyd edib, bəzən xaricdə təhsil alan şəxslərin diplomu tanınmayıb: "Bu həm tədris göstəriciləri ilə bağlı olub, həm də sərhəd-keçid məntəqəsində qeydiyyatı olmayıb və onun nə vaxt təhsil aldığı qeyri-məlum olduğu halda diplomları tanınmayıb.  Xaricdə təhsil almaq istəyən tələblərə bizim prosedurlara uyğun olan və diplomları tanınan universitetlərin adlarını nostirvikasiya.edu.az saytından öyrənə bilərlər".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}