Hacı Mazanın son durumu ilə bağlı AÇIQLAMA

Hacı Mazanın son durumu ilə bağlı AÇIQLAMA

 

Xəbər verdiyimiz, Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalov Biləsuvarda qəzaya düşüb. Ramazan Hüseyn oğlu Zeynalov Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib və əməliyyat olunub.

ATU-nun Tədris Cərrahiyyə Klinikasından Unikal.org-a verilən məlumata görə, hazırda R.Zeynalov reanimasiya şöbəsindədir:

"Klinikaya daxil olarkən onun bədəninin müxtəlif nahiyyələrində çoxsaylı sınıqlar var idi. Həmçinin kəllə-beyin travması almışdı. Xəstəxanaya daxil olarkən vəziyyəti çox ağır idi. Klinikamıza yerləşdirilərkən dərhal cərrahiyə şöbəsində əməliyyata alındı.Travmatologiya şöbəsinin müdiri Cəfər Nəsirlinin nəzarəti altındadır. Hazırda vəziyyəti stabildir, həyatı təhlükəsi yoxdur. Hələ də reanimasiya şöbəsindədir".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}