Fövqəladə Hallar Nazirliyinə yeni mətbuat katibi TƏYİN EDİLDİ

Fövqəladə Hallar Nazirliyinə yeni mətbuat katibi TƏYİN EDİLDİ

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə yeni rəis təyin olunub.

Sozcu.info  xəbər verir ki, bu vəzifəyə Gülçin Mehdiyeva gətirilib.

Qeyd edək ki, G.Mehdiyeva uzun müddətdir FHN-nin İctiamiyyətlə əlaqə idarəsinin baş zabiti vəzifəsində çalışıb.

Əhalinin maairfləndirilməsi və təbliğat işi ilə məşğul olub.

FHN-dən təyinatı təsdiqləyiblər.

G.Mehdiyeva mətbuat katibi olaraq ilk açıqlamasını verib. O, rəhbərlik tərəfindən göstərilən böyük etimada görə təşəkkür edib:

"Böyük etimad göstərilib. İnşallah çalışacam ki, bu etimadı doğruldum. Hazırda işlərlə daha yaxından tanış oluram. İnşallah mətbuat nümayəndələrilə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcəyik”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}