SARI ZOLAQ QADAĞASINA ETİRAZLAR ARTIR - “Bu, camaatın yol haqqına girməkdir”

SARI ZOLAQ QADAĞASINA ETİRAZLAR ARTIR - “Bu, camaatın yol haqqına girməkdir”

 

Ərşad Hüseynov: "Bu, yol-nəqliyyat repressiyasından başqa bir şey deyil”

""Probka”larla partlayan, dağılan şəhərimizdə yolun hansısa xəttlərini kəsib, maşınları sarı zolaq arasına salıb, sonra ona məhdudiyyət qoyub, ondan pul, qazanc götürmək istəyirlər”

Bildiyimiz kimi, ötən həftənin sonu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə müraciət edərək "Baku 2019” - Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar olaraq paytaxtın bəzi küçə və prospektlərində sarı zolaq qadağasının qüvvəyə mindiyini açıqlamışdı. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov isə mətbuata açıqlamasında demişdi ki, qadağa iyulun 20-si gecə saat 00:00-da başlayacaq və 28-i gecə 24:00-dək davam edəcək.

O, hətta qeyd etmişdi ki, bu müddət ərzində yollardakı sarı zolaqlarda yalnız xüsusi nəqliyyat vasitələrinin hərəkətinə icazə veriləcək: "Sarı zolaqlar üzrə digər avtomobillərin hərəkəti avtomobil sahibləri və sürücülərin inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yaradacaq”.

Açıqlamada cərimədən söhbət getməsə də, mətbuatdan sürücülərin 40 manat cərimə olunduğu məlumdur. Əslində, Daxili İşlər Nazirliyinin bu qadağasından öncə Nazirlər Kabineti sarı zolaqlara daxil olan digər avtomobillərin sahiblərinin inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin olmaq üçün qərar qəbul etməliydi. Çünki bu halda sözügedən nazirliyin yazacağı cərimə qanunsuz hesab olunur. Bu baxımdan, "Hürriyyət” qəzeti Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədova sual ünvanlamışdı ki, Nazirlər Kabineti qərar qəbul etmədən Daxili İşlər Nazirliyinin sarı zolaq qadağası necə qüvvəyə minir? Sualdan hiddətlənən V. Əsədov isə demişdi ki, burada sürücülərin cərimələnməsindən söhbət getmir: "Siz sadəcə vəziyyəti şişirdirsiniz. Biz sadəcə keçirilən bu tədbirin əhəmiyyətini ictimaiyyətə çatdırmaq istəyirik. Təbii ki, Nazirlər Kabinetinin qərarı olmalıdı. Olacaq, olmayacaq, bu, sonrakı məsələdi. Söhbət 20-dən 28-i tarixinədək olan ərəfədən gedir. Hələ bu gün ayın 19-dur, siz hay-küy salırsınız, ajiotaj yaratmaq istəyirsiniz ki, bax, belə bir şey yoxdur, yol polisi indi neynəyəcək? Xahiş edirəm, gedib çəkiliş aparın, sarı zolaqlar üzərində "hərəkət qadağandır” yol nişanı var. Bunu siz görmürsünüzmü? Mənə elə gəlir ki, şərhə ehtiyac yoxdur”.

"Olacaq, olmayacaq, bu, sonrakı məsələdi” demək özü vətəndaşlara sayğızlıqdı

Maraqlıdır ki, "Nazirlər Kabinetinin qərarı olmalıdı. Olacaq, olmayacaq, bu, sonrakı məsələdi” deyən də, jurnalisti ajiotaj yaratmaqda ittiham edən də Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəsmisidir. Əslində, Nazirlər Kabinetinin qərarı olmalıdırsa, "Olacaq, olmayacaq, bu, sonrakı məsələdi” demək özü vətəndaşlara sayğısızlıqdan, insanları nəzərə almamaqdan irəli gəlir ki, bu da dövlət-vətəndaş münsibətlərinə zərbədir. Necə yəni "olacaq, olmayacaq, bu, sonrakı məsələdi”?! Belə çıxır ki, biz hüquqi dövlətdə yaşamırıq. Zatən, qanunlar sadə vətəndaşlar üçün işlək deyil, insanların hüquq və azadlıqları hər addımda pozulur. Vətəndaşın haqlı durumda belə haqqını təmin edə bilmədiyi hallar ölkə məhkəmələrində kifayət qədərdir. Bunu görməmək, eşitməmək üçün gərək kor və kar olasan.

Nazirlər Kabineti sarı zolaqlarla əlaqədar qərar, yaxud sərəncam verməyib

Картинки по запросу Sarı zolaq qadağasına etirazlar artır

"Gözləyin, ayın 21-22-si olsun, görək, nə var, nə yox. Siz nədən bilirsiniz ki, Nazirlər Kabineti qərar qəbul etməyib?” deyə sual edən hörmətli Vaqif Əsədovun nəzərinə çatırırıq ki, "Hürriyyət”ə verdiyi açıqlamadan 5 gün keçir, bu gün ayın 24-dür, hələ də Nazirlə Kabineti sarı zolaqlarla əlaqədar qərar, yaxud sərəncam verməyib ki, bu xətti sürücülər keçə bilməz, keçsə də bu qədər cərimə olunacaqlar. Bunu dəqiqləşdirmək üçün Nazirlər Kabinetinin saytına baxmaq kifayətdir.

Sürücülərin qanunsuz cərimələnməsi nə dərəcədə doğrudur?

V. Əsədov açıqlamasında "ajiotaj yaratmaqla insanları polisə qarşı qoymağa çalışmayan, sizdən xahiş edirəm, çalışın informasiya təhlükəsizliyinə bir azərbaycanlı kimi riayət edək”, - deyir. Görəsən, qanunun olmasını tələb etmək nə vaxtdan ajiotaj yaratmaq və ya informasiya təhlükəsizliyini pozmaq hesab olunur? Bizim qəzet olaraq istəyimiz budur ki, Daxili İşlər Nazirliyinin sarı zolaq qadağası qüvvəyə minməzdən əvvəl Nazirlər Kabinetinin qərarı olmalıydı və bu qərar niyə yoxdur? Belə çıxır ki, Daxili İşlər Nazirliyi Nazirlər Kabinetinə tabe qurum deyil, müstəqil bir nazirlikdir. V.Əsədovun "hesab edirəm ki, vətənpərvərsiniz, amma bu suala cavab tapıb, yazmaq vətənpəvərlik hissi aşılamır, bu, ajiotaj yaratmaqdır. Nədən belə marağındasınız? Tutaq ki, qanun yoxdur, amma polis "hə” deyir” deməsi özü hər şeyi aydın ifadə edir. Yəni DİN-nin Nazirlər Kabinetinə tabe qurum deyil, müstəqil nazirlik olduğunu göstərir. Görəsən, Nazirlər Kabineti qərar vermədiyi halda sürücülərin qanunsuz cərimələnməsi nə dərəcədə doğrudur?

Bu ölkədə başqa qəlb sevindirəcək nəsə varsa, deyin, sevinək

V. Əsədov "sadəcə keçirilən bu tədbirin əhəmiyyətini icitmaiyyətə çatdırmaq istəyirik. Ötən illər ərzində keçirilmiş bu tərz təcrübənin tətbiq ediməsini biz də, siz də şahidi oldunuz və yüksək nailiyyətlər əldə olundu. Ölkənin adına ev sahibliyi edilməsi ilə bağlı xoş sözlər ifadə edildi. Bu sizi Azərbyacan Respulikasının vətəndaşı kimi sevindirmirmi?” deyə sual verir ki, guya, biz Azərbaycanın düşməniyik, təkcə iqtidarda olanlar bu vətəni sevirlər. Təbii ki, Azərbaycanın hər bir uğuru bizi də sevindirir. Amma bu, o demək deyil ki, sürücülər qanunsuz cərimələnməlidir. İkincisi də Azərbaycan xalqına "Baku 2019” - Avropa Gənclər Yay Olimpiya Festivalının və yaxud digər beynəlxalq tədbirlərin keçirilməsi deyil, 30 ilə yaxındır işğal altında inildəyən torpaqları qaytarmaq lazımdır. Bu vətəndaşları daha çox sevindirə bilər. Yoxsa, ölkədə ildə bir neçə tədbir, oyun keçirib, dövlət büdcəsini israf etmək lazım deyil. Hansı halımıza sevinək?!..

Yeri gəlmişkən, əldə etdiyimiz məlumata görə, artıq "Baku 2019” - Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar olaraq paytaxtın hansı küçə və prospektlərində sarı zolaq qadağa qüvvəyə minibsə, o küçə və prospektlərdə qadağanı pozan sürücülər qanunsuz cərimə olunur. Hüquqi dövlətdə qanunsuz cərimə olur ki?! Görəsən, buna nə ad vermək olar?

"Bunu etmək üçün yol təsərrüfatını hazırlamaq lazımdır”

Картинки по запросу Ərşad Hüseynov

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin tətbiq etdiyi sarı zolaq qadağası ilə bağlı "Digesta” hüquq mərkəzinin rəhbəri, yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov "Hürriyyət”ə dedi ki, onun hüquqi aspektdən əsaslandırması yoxdur: "Bu, reformativ qərarlardır. Bu reformativ qərarların qəbul edilməsi üçün əvvəl normativ hüquqi baza təmin edilməlidir. Bu, keçid, küçə, şəhər yol karkası şəraitində o vaxt tətbiq edilə bilər ki, yol təsərrüfatının bütün texniki parametrləri burada reformaların keçirilməsi üçün ölçü təminatı versin. Bizim yollar belə ölçü təminatını verə bilmir. Yollarımız tarixi şəhər, küçə, bina məhdudiyyətləri baxımından heç bir dünya analogiyası üzrə tələbləri, texniki şərtləri ödəmir. Belə qərarların Bakı şəhərində kütləvi sürətdə tətbiq edilməsi doğru deyil. Bunu 200 metrə tətbiq etmirlər ki. Bunu bir neçə kilometlərə tətbiq edirlər. Bizim belə yollarımız yoxdur. Belə yollar Moskvada, Tehranda var. Biz buna lokallaşdırılmış yol sistemi deyirik. Bu xarici ölkələrdə o şəratdə qəbul olunur ki, yolun özününün texniki parametrləri ölçü baxımından buna imkan verə bilsin. "Probka”larla partlayan, dağılan şəhərimizdə yolun hansısa xəttlərini kəsib, maşınları sarı zolaq arasına salıb, sonra ona məhdudiyyət qoyub, ondan pul, qazanc götürmək istəyirlər. Onsuz da o sarı xəttə camaat məcburən girəcək. Girənlər də repressiyya olunacaq. Bu, yol nəqliyyat repressiyasından başqa bir şey deyil. Bunu etmək üçün yol təsərrüfatını hazırlamaq lazımdır. Normativ hüquqi və texniki baza sənədləri hazırlanmalıdır, uyğun qanunvericilik olmalıdır. Buna Milli Məclisdə münasibət bildirilməlidir. Mütəxəssislər dəvət edilməlidir. Dövlət standartları, texniki normaları ilə bunlar çək-çevir olunmalıdır. Yoxsa bunu yolda tətbiq edib sürücləri, piyadaları, maşınları hamısını sıxırlar. Bu, nəyə görə olur, mən başa düşmürəm. Mən də bunu xəbərlərdən izlədim. Hansısa ölkədə tətbiq olunan nəyisə gətirib burada təkrarlamaq düzgün deyil. Ona görə, şərait olmalıdır. "Bu şəraitsizlik vəziyyətində biz də bunu eləmişik” deyib orden almaq istəyənlər varsa, başa düşsünlər ki, bu, düzgün deyil. Bu, camaatın yol haqqına girməkdir. Onsuz da bizim millətdə yol mədəniyyəti yoxdur. Bir qədər də mədəniyyətsizlik olacaq və kiminsə burada büdcələri dolacaq, kimsə ondan sonra prezident fərmanı ilə hansısa bir faizi özününküləşdircək, ya onunla "premya”lar alacaq, yaxud vəsaitləri mənimsəyəcək. Bu, düzgün olmayan işdir. Belə şeylər kabinetdə bir dəfəyə qərar şəkilində ola bilməz. Bu, kafedral olaraq qəbul olunmalıdır. Buna görə də yenə deyirəm, tələblər, şərtlər var. Bünun üçün sadaladığım şeylər lazımdır. Bunun üçün qanun lazım deyil, ancaq qanun statusunda çıxış edən aktlar var. Bunlar olmalıdır, buna görə qanun vermək lazım deyil. Qanuna bərabər olan direktiv sənədlər qəbul olunmalıdır. Bu, "QAİ”-nin rəhbərliyinin səriştəsiz, savadsız hərəkətlərindən başqa bir şey deyil”.

"Sürücü haqq-nahaqq cərimə olunubsa, deməli, bu cərimələr tutan adam bunu özünü haqlı olaraq cəriməni götürür. Əgər özünü haqlı sayırsa, kompensasiyanı nəyə ödəməlidir ki? Kompensasiya ödəsə, deməli, haqsız idi”,-deyə hüquqşünas qeyd etdi.

"Yolsuzun biri milləti yolsuz qoyursa, onun cavabını verməli, paralel küçələrdə yol verməlidir”

Ə.Hüseynov vurğuladı ki, hər bir proqram təmin edilməmişdən qabaq 90-gündən 120 günə qədər ictimaiyyətin geniş müzakirəsinə verilməlidir: "Bu, dünyada olan bir qanundur. Televiziyada verilişlər, debatlar olmalıdır, mütəxəssislər dəvət olunamalıdır, müxalif olan tərəflər dinlənilməlidir və burada müzakirələr keçirilmlidir, sonda da camaatın münasibəti bildirilməldir. Bunlar olmadan özbaşına qərar qəbul etmək olmaz. Bu, bir proqramdır. Bunu tətbiq edirsənsə, geniş ictimai müzakirəyə çıxarmalısan. O da televiziyada, radioda, mətbuatda elan olunmalıdır ki, filan tarixdə belə bir müzakirə keçirilir. Xahiş edirik, buna münasibət bildirsinlər. Bunu eləmirlər. Bunu eləmirlərsə, deməli, bu, düzgün deyil. Bunu ona görə etmirlər ki, camaat hüququnu bilmir. Nə qədər ki, Azərbaycan xalqı hüququnu bilməyəcək, o qədər bax, "paqonlar” bu oyunları çevirəcək, sonra da onların dedikləri olacaq və pulları öz ciblərinə axıdacaq, vəssalam. Mədəniyyət, bilik, informasiya yoxdur. İnformasiyanı əldə etmək, onu tətbiq etmək mədəniyyəti yoxdur. Hüququnu bilməyən bədbəxt bir millətik. Nə millət, kütlədir. Başqa ölkənin başqa təcrübəsi var. Hansısa bir proqram qəbul edəndə deyirlər, onu kim müzakirə elədi? Bu, harada dinlənildi? Kim münasibət bildirdi? Buna münasibət bilidirilib? Yox. Onda qanunu cibinə qoysunlar da. Xalq dinlənilmir, münasibəti olmayıb. Mən sizi inandırıram ki, mərkəzi bulvar küçələrindən başqa o yollar ki, kəsiləcək o küçələrin heç biri o tələblərə cavab vermir. Onsuz da o küçələr tıxacda boğulur. Avtomobilləri palasalı sarı xəttə salıb, sonra ora radarlar qoyub, nömrələri güdənlərdən, ondan sonra da sürücüləri çağırıb ciblərini yolanlardan nə gözləmək olar? Ancaq Tehranda, Moskavda, Astanada belə deyil. Bu, bir təklifdir. Bunu əvvəl elədilər. sonra da dedilər, özünüz həyata keçirin. Heç bir müzakirəsi, təminatı olmadan özləri də götürüb həyata keçirtdilər. Gecə yatdın, durdun, səhər həmin yolla işə gedəndə gördün ki, sən iki sarı xəttin arasına girmisən, sonra da səni çağırıb, deyirlər xahiş edirəm, cibini tarazla, özün də gəl, bura, sən ora girmisən. Belə şey olar?! Onda mənə başqa küçədən alternativ yol ver. Bu küçənin "divijeniya”sını dəyiş və sarı xətti çəkilmiş yola uyğun istiqamətdə yeni yol təyin elə. Mən də sarı xəttə girməyim, onu başqa məqsədlər üçün saxlayım və qırmızısı olmayan, sarı, yaşıl svetaforlarla təmin olunan mənə yaşıl prospekt ver. Belə olmur. Sən deyirsən, mən yolu kəsirəm, sonra yola radar qoyuram, getdin 100 bala. Adı da da oldu cərimə. Məni yoldan çıxartdın, yolsuz qoydun. Yolsuzun biri milləti yolsuz qoyursa, onun cavabını verməli, paralel küçələrdə yol verməlidir. Bəli, prezident paralel küçələrlə, arka sokakla gedə bilməz. Ancaq sən mənə arka sokaklarda yol verməlisən, yolu açmalısan. Heç olmasa camaata 1-2 küçə verməlisən. Tələb budur. Bunu eləməyib, hələ ayağını soxur ki, mən də bunu bacarıram. "Mən bunu Kiyevdə, Moskvada görümüşəm, bunu Bakıda eləyirəm”. Bakı köhnə şəhərdir. Bakının elit mərkəzi və onun yol, küçə keçidi, yəni karkası bu problemlər üçün deyil. Onlar neft bumu vaxtında tikilmiş binaların arası ilə olan ikincu, üçüncü dərəcəli yollardır. Buradan bunu keçirtmək olamz. Burada Almatadakı, Astanadakı və yaxud başqa şəhərlərdəki kimi genişlik yoxdur. Orada küçələrin eni 100-200 metrdir. Burada bu, mümkün deyil. Kim bunu burada soxuşdurursa, düzgün deyil. Buna münasibət bildirilməlidir”.



Oxşar Xəbərlər

Xəbər lenti