“Müharibə vəziyyətində olan iki ölkə cəmi iki qətnaməyə fərqli səs veriblər” - POLİTOLOQ

“Müharibə vəziyyətində olan iki ölkə cəmi iki qətnaməyə fərqli səs veriblər” - POLİTOLOQ

 

"İşğalçı ilə işğala məruz qalanın beynəlxalq məsələlərə ortaq baxışı maraq doğurur”

"Amerikanın səsi” radiosu Ermənistanın il ərzində BMT-dəki səsvermə statistikasını hesablayıb və maraqlı nəticələr əldə edib. Məlum olub ki, Ermənistan BMT-də daha çox Rusiya, Türkiyə və Azərbaycanla eyni cür səs verir. Məsələn, Ermənistanın ötən il səs verdiyi 114 qətnamədən 76 Azərbaycanın mövqeyi ilə üst-üstə düşüb”. Hurriyyet.org xəbər verir ki, bu barədə "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

"Ermənistanın ABŞ-la səs verdiyi eyni qətnamələrin sayı isə cəmi 17-dir”

Şahinoğlu nəzərə çatdırıb ki, müharibə vəziyyətində olan iki ölkə cəmi iki qətnaməyə fərqli səs veriblər: "Ermənistanla Türkiyə 69 qətnaməyə eyni yanaşma ortaya qoyublar. Ermənistanla Rusiyanın səs verdiyi eyni qətnamələrin sayı 77-dir. Ermənistanın ABŞ-la səs verdiyi eyni qətnamələrin sayı isə cəmi 17-dir, bu iki ölkə 59 qətnaməyə fərqli səs veriblər. Bunun özü də Ermənistanın qütblərdən hansına üstünlük verdiyini göstərir”.

"İşğalçı Ermənistanın bir çox beynəlxalq məsələyə baxışı Azərbaycanın və Türkiyənin baxışından fərqlənmir”

"Bu statistikaya istinad edən erməni deputatlardan biri sual edib ki, "necə olur beynəlxalq məsələlərə Ermənistanın mövqeyi düşmən Azərbaycan və Türkiyə ilə üst-üstə düşür”. Deputatın bu sualına Ermənistan XİN mətbuat katibi Anna Naqdalyan belə cavab verib ki, Ermənistan səsvermədə milli maraqlarından çıxış edir, başqa heç bir amili nəzərə almır. Belə çıxır ki, işğalçı Ermənistanın bir çox beynəlxalq məsələyə baxışı Azərbaycanın və Türkiyənin baxışından fərqlənmir. Bu ehtimal deyil, çılpaq statistikadır, faktdır. Başqa sözlə rəqəmlərin dilindən də görünür ki, birincisi, Ermənistan Rusiyanın dediyi kimi səs verir və ABŞ-ın qətnamələrinə etiraz edir. İkincisi, Ermənistan Azərbaycanın torpaqlarını işğalını rəsmiləşdirməyə çalışarkən başqa problemlərin həllində - qətnamələrin qəbulunda özünü sülhpərvər tərəf kimi göstərməyə çalışır. Bütün hallarda işğalçı ilə işğala məruz qalanın beynəlxalq məsələlərə ortaq baxışı maraq doğurur”,-deyə politoloq vurğulayıb.

Şamo EMİN



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}