Bara “Molotov kokteyli” atdılar-23 ölü,13 yaralı

 

Meksikada barda yanğın hadisəsi qeydə alınıb.

Virtualaz.org yerli KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində 23 nəfər həlak olun, 13 nəfər ağır xəsarət alıb. Yaralılar təcili xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə avqustun 27-də Koasakoalkos şəhərində yerləşən "El Caballo Blanco” barında axşam saatılarında baş verib.

Qeyd olunur ki, yanğın bara "Molotov kokteyli” atıldıqdan sonra başlayıb.

Hüquq-mühafizə orqanlarında hücum edənlərin motivi ilə bağlı heç bir versiya yoxdur.

Hadisənin səbəbləri araşdırılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}