Bakı polisindən şəhidlərin plakatları ilə bağlı qalmaqala reaksiya - "YALANDIR"

 "Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən "Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan plakatları sökməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir”.

Sozcu.info xəbər verir ki, bunu "Yeni Sabah”a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Elşad Hacıyev əlavə edib ki, bu iddialar polisə qarşı təxribatdır və plakatların polis tərəfindən sökülməsi ilə bağlı hər hansı göstəriş olmayıb, yalandır: "Bu qərəzli məlumatı yayanlar nəzərə alsınlar ki, polislər bu xalqın övladlarıdır, vətən uğrunda canı fəda edən şəhidlərimizin xatirəsi bizim üçün də əzizdir, müqəddəsdir”.

Xatırladaq ki, Şağan qəsəbəsində fəaliyyət göstərən "Qərib Pir” məscidinə əzadarlığa toplaşan dindarlar bildiriblər ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarıAzərbaycan şəhidlərinin fotoları əks olunan plakatları sökməyi əmr edib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}