Hikmət Babaoğlu: Kimisə siyasi keçmişinə görə hədəfə almaq düz deyil

Hikmət Babaoğlu: Kimisə siyasi keçmişinə görə hədəfə almaq düz deyil

 

"Hansısa əlamətlərə görə, cəmiyyətdə insanları fərqləndirmək doğru deyil, zərərlidir. Çünki cəmiyyət o zaman güclü olur ki, orda insanlar müxtəlif əlamətlərinə görə ayrılmır, tam əksinə ortaq dəyərlər tapılaraq onun ətrafında birləşdirilir. Xüsusən siyasi müstəvidə bunu  etmək nəticəsi proqnozlaşdırıla bilməyən hadisələrə gətirib çıxara bilər ki, bu da yolverilməzdlir”.

 

Sozcu.info xəbər verir ki, bunu Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bəzi millət vəkillərinin son günlər müzakirə olunan açıqlamalarına münasibət bildirərəkən deyib. 

Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycanın müstəqillik tarixinin ilk illərində müxtəlif əlamətlərinə görə insanların fərqləndirildiyinin və nəticə etibarı ilə də Azərbaycan cəmiyyətinin, Azərbaycan siyasi sisteminin birliyinin, vahidliyinin pozulmasının şahidi olmuşuq. Hazırki mərhələdə  Azərbaycanı güclü edən məhz onun birliyidir: 


«Ona görə də, düşünürəm ki, eyni siyasi komandada təmsil olunan, sonradan bu və ya digər səbəblərdən vəzifədən getmiş insanlar haqda, yaxud vaxtilə Azərbaycan cəmiyyətində müxtəlif fərqli siyasi dəyərləri mənimsəmiş, sonra isə ümumi konsolidasiya nəticəsində milli birlik, milli maraqlar ətrafında birləşmiş keçmiş siyasi partiya üzvlərini, onun rəhbərliyini nədəsə ittiham etmək, əvvəlki mövqeyinə görə onlara qarşı ayrı-seçkilik mövqeyində durmaq tamamilə yersizdir, doğru deyil. Çünki siyasi sistemin də gücü, milli gücün də ifadəsi məhz konstruktiv konsolidasiya nəticəsində mümkün olur ki, hazırda Azərbaycan belə bir yüksək həmrəylik mərhələsinə gəlib çata bilibdir. Bunu pozmağa yönəlmiş hər bir addım, deyilən hər bir fikir ümumi milli maraqlarımız kontekstində düzgün qəbul edilə bilməz və doğru deyil.

 
Bu günlərdə bəzi millət vəkillərinin adından səsləndirilən fikirlər də məhz bu kontekstdə dəyərləndiriləndə doğru hesab edilə bilməz. Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov da bu məsələ ilə bağlı haqlı olaraq öz mövqeyini bildirdi və bunun yolverilməz olduğunu dilə gətirdi. O bildirdi ki, hər bir insan bu gün hər hansı bir siyasi komandada vəzifədə təmsil oluna bilər, sabah həmin siyasi komandanın sıravi üzvü ola bilər. Onun vəzifəsinin dəyişməsi əqidəsinin dəyişməsi, milli maraqlardan kənarda durması kimi səciyyələndirilə bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bu məsələlərə toxunaraq bu cür fikirlərin yanlış olduğunu dilə gətirdi. Mən düşünürəm ki, hər iki mövqe tamamilə doğrudur. Kimisə siyasi keçmişinə və sosial statusuna görə fərqləndirmək və hədəf göstərmək doğru deyil».



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}