Nazir Daşkəsənə yeni polis rəisi təyin etdi

Nazir Daşkəsənə yeni polis rəisi təyin etdi

 

Daşkəsən Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.

Sozcu.info  xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə bu vəzifəyə polis polkovnik leytenantı Azay Ağayev təyinat alıb.

Qeyd edək ki, A.Ağayev bundan əvvəl Mingəçevir Şəhər Polis Şöbəsinin əməliyyat işi üzrə rəis müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Daşkəsən Rayon Polis Şöbəsinin keçmiş rəisi Vəfadar Orucov isə bir neçə gün əvvəl Zaqatala Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}