Vahid Mustafayevdən MTRŞ-ya ETİRAZ: "Niyə məhz 102 FM-in tezliyi satışa çıxarılıb?"

Vahid Mustafayevdən MTRŞ-ya ETİRAZ:

 

Milli Televiziya və Radio Şurası yeni radio kanalının yaradılması ilə bağlı müsabiqə elan edib. Belə ki, 102,0 MHz tezliyi üçün müsabiqə Bakı və Abşeron ərazisində noyabrın 12-dən dekabrın 12-dək keçiriləcək.Qeyd edək ki, 102,0 MHz bağlanan ANS ÇM radiosunun tezliyi olub.Fəaliyyətini dayandırmış ANS-in keçmiş prezidenti Vahid Mustafayev 102 FM-in satışı ilə bağlı Haqqin.az saytına danışıb."Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan radiostansiyanın 102 FM tezliyi satışa çıxarılıb. Halbuki, qonşu ölkələrlə müqayisədə Azərbaycanda FM radiolarian sayı elə də çox deyil. Buna görə FM diapazonunda çoxlu istifadə olunmayan radiotezliklərdən istifadə edərək 30-40 radiostansiya yaratmaq olar. Niyə məhz 102 FM-in tezliyi satışa çıxarılıb?”Vahid Mustafayev ANS-in açıqlaması ilə bağlı məsələnin də sirr pərdəsi altında olduğunu vurğulayıb."ANS-in fəaliyyətinin bərpa olunması daha bir sirli məsələdir. ANS-in bütün komandası həm ölkə daxilində, həm də ölkə xaricində öz yerindədir və Azərbaycan xalqının sevimli telekanalının yayımı bərpa etməyə hazırdır. Amma təəssüf ki, yayımın bərpa olunması barədə qərarı biz vermirik”.

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}