Elmar Qasımov Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri ilə görüşüb - FOTO

Elmar Qasımov Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri ilə görüşüb

 

Bakı Ali Neft Məktəbi və Akademik Zərifə Əliyeva adına lisey arasında əməkdaşlıq davam edir. Əməkdaşlıq çərçivəsində Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti liseylə tanış olub.

Şagirdlərlə keçirilən görüşdə Ali Məktəbin rektoru Elmar Qasımov Akademik Zərifə Əliyeva adına liseyin yüksək tədris və təlim-tərbiyə sahəsində unikal təhsil ocağı olduğunu bildirib. Rektor liseyin Azərbaycanın görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva kimi elm xadiminin adını daşımasının böyük məsuliyyət olduğunu və hazırda təhsil ocağının bu şərəfli adı doğrultduğunu vurğulayıb.

O, BANM-də müxtəlif ixtisaslar üzrə təhsil alan lisey məzunlarının intellektual səviyyəsinin, sosial aktivliyinin yüksək olduğunu bildirərək, Ali Məktəb tələbələrinin uğurunun orta məktəbdə əldə edilən bilik və bacarıqlardan qaynaqlandığını qeyd edib. E.Qasımov bildirib ki, Zərifə Əliyeva adına Liseyinin 18 nəfər yetirməsi Bakı Ali Neft Məktəbinin məzunu olub, onlar hazırda müxtəlif yerli və transmilli şirkətlərdə çalışırlar. "2019/2020-ci tədris ilində bu orta ümumtəhsil müəssisəsinin 6 məzunu BANM-i seçib. Onlardan biri Prezident təqaüdçüsüdür”, - deyə rektor qeyd edib.

 

 

Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva ikitərəfli əməkdaşlığın genişlənməsindən, bununla da liseyin şagirdləri və gələcək məzunları üçün daha geniş imkan yaradılmasından məmnunluğunu ifadə edib.

Bakı Ali Neft Məktəbinin hazırki tələbələri, Akademik Zərifə Əliyeva adına liseyin məzunları olan Kənan Sadıqov, Qəhrəman Kazımlı, Xalid İsmayıllı şagirdlərlə öz uğur hekayələrini bölüşüb və tövsiyyələrini veriblər.

Sonda rektor Elmar Qasımov şagirdlərin suallarını cavablandırıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}