ABŞ 2 Çin diplomatını ölkədən qovub - Hərbi bazaya girmək istəyiblər

ABŞ 2 Çin diplomatını ölkədən qovub

 

ABŞ son 30 ildə ilk dəfə Çinin 2 diplomatını ərazisindən çıxarıb.

Bu barədə "Report" "The New York Times"a istinadən bildirir.

Qeyd edilir ki, Çin Xalq Respublikasının diplomatları Virciniya ştatda hərbi bazaya qanunsuz girməyə cəhd edib. Diplomatların Birləşmiş Ştatlardan çıxarılması da bununla əsaslandırılır.

Nəşrin məlumatına görə, sürgün edilmiş diplomatlardan biri Çinin xüsusi xidmət orqanlarına işləməkdə şübhəli bilinir.

Hər iki diplomat hərbi bazanın ərazisinə öz arvadı ilə birlikdə girməyə çalışıb. Obyektə giriş zamanı məlum olub ki, səfirlik işçilərinə içəri girməyə icazə verilmir, ancaq çinlilər buna baxmayaraq bazaya daxil olmağa çalışıblar. Onlar saxlanılıb və bazadan çıxarılıb.

ABŞ hakimiyyəti diplomatları təhlükəsizlik xidmətinin işini müəyyən etmək cəhdində ittiham edib.

Qanunu pozan dilomatlar isə iddia edirlər ki, ingilis dilini pis bildiklərinə görə anlaşılmazlıq yaranıb.

Qeyd edilir ki, bu, uzun illər ərzində Çin Xalq Respublikası diplomatlarının ölkəyə ilk göndərişidir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}